NƏRİMANOV RAYONUNUN MƏKTƏBLİLƏRİ YARIŞLARDA FƏRQLƏNMİŞLƏR
Daxili İşlər Nazirliyi Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin keçirdiyi yarışlarda Nərimanov rayonunun ümumtəhsil məktəblərinin şagirdləri ugurla çıxış etmişlər.
AZƏRTAC xəbər verir ki, rayonun 47, 57, 66 və 304 nömrəli məktəblərinin X-XI sinif şagirdlərindən ibarət komanda yanğın estafeti növü üzrə respublika çempionatinda birinci yeri tutaraq diplom və kubok ilə təltif olunmuşdur.
Ümumi hesabda Nərimanov rayonunun komandası ikinci yeri qazandığına görə məktəblərə diplom və mükafatlar verilmişdir.