Nigeriyada gəminin qəzaya uğraması nəticəsində azı on nəfər ölüb
Bakı, 5 yanvar, AZƏRTAC
Nigeriyada çay gəmisinin qəzaya uğraması nəticəsində azı on nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Məlumata görə, həddən artıq yüklənmə səbəbindən Kebbi əyalətində Niger çayını keçən qayıq iki hissəyə parçalanıb. Həmin vaxt gəmidə 100-ə yaxın sərnişin olub.
Meyitlər dalğıc qrupu tərəfindən aşkar edilib, daha on nəfər itkin düşüb.
Qeyd olunur ki, belə hadisələr Nigeriya üçün qeyri-adi hal deyil. Bu, ilk növbədə, təhlükəsizlik tədbirlərinə laqeyd yanaşma və su nəqliyyatına keyfiyyətsiz texniki xidmət göstərilməsi ilə bağlıdır.
Bundan əvvəl, dekabrın 14-də içərisində təxminən 50 miqrantın olduğu qayıq Böyük Britaniya sahillərində La-Manş boğazında batmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]