Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb
Bakı, 21 mart, AZƏRTAC
Martın 19-u Nizami rayonunda yerləşən evlərin birindən 800 manat pul və 19 min 200 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 27 yaşlı A.Novruzova müəyyən edilərək saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq isə Naxçıvanski küçəsində baş verib. Bir qadının cibindən 500 manat dəyərində mobil telefonu talamaqda şübhəli bilinən 31 yaşlı K.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:38]
İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]