“NORVEÇ-AZƏRBAYCAN GƏNCLƏR TƏŞKİLATI” AZƏRBAYCANI YÜKSƏK SƏVİYYƏDƏ TƏBLİĞ EDİR
Bakı, 12 yanvar (AZƏRTAC). “Norveç-Azərbaycan Gənclər Təşkilatı” ölkəmizin bu ölkədə tanınması üçün səylərini əsirgəmir. Təşkilata üzv olan norveçli tələbələr hətta Azərbaycan və Dağlıq Qarabağ həqiqətləri haqqında elmi iş yazırlar.
Qurumun sədri Ramil Əliyev bildirmişdir ki, məqsədimiz Norveçdə yaşayan azərbaycanlıları təşkilatlandırmaq, onların ölkə ictimaiyyətinə inteqrasiyasına yardımçı olmaq, hüquqlarını qorumaq və ölkələrimiz arasında körpü rolu oynamaqdır. Bunun üçün Norveçin aparıcı universitetləri və institutları ilə əməkdaşlıq edir, müxtəlif sahələrdə birgə layihələr reallaşdırırıq. Son üç ildə Norveç Beynəlxalq Əlaqələr İnstitutunda “Azərbaycanın Cənubi Qafqazda rolu” mövzusunda seminar, Menecment İnstitutunda biznes forumu, ölkənin ən böyük təhsil ocaqlarından biri Oslo Universitetində Xocalı soyqırımı ilə bağlı mərasim və s. tədbirlər keçirmişik. Bu il Nobel İnstitutunda “Müasir və qədim Azərbaycan”, “Azərbaycan və Norveç gəncləri” mövzularında sərgilər də təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]