NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR NÖVBƏTİ ƏFV FƏRMANI GÖZLƏNİLİR
Azərbaycan Prezidenti Yanında Əfv Komissiyasına daxil olmuş 300-ə yaxın məhbusun müraciətlərinə baxılmış və onlardan 100-ə yaxınının əfv olunması üçün siyahı dövlətimizin başçısına təqdim edilmişdir. AZƏRTAC xəbər verir ki, bunu Əfv Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova bildirmişdir.
Elmira Axundova demişdir ki, Novruz bayramı ilə əlaqədar növbəti əfv Fərmanının imzalanması gözlənilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti tərəfindən sonuncu əfv Fərmanı 2007-ci iln dekabrında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində imzalanmışdır.
1995-ci ildən bəri Azərbaycanda ümumilikdə 44 əfv Fərmanı imzalanmışdır və bu fərmanlar 4500-dən artıq məhbusa şamil olunmuşdur.