Oktyabrın 26-da hava meteohəssas insanlar üçün nisbətən əlverişli olacaqdır
Bakı, 25 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 26-da ölkə ərazisində havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir.
Bakıda havanın temperaturu gündüz müsbət 16-18, gecə 13-15, Naxçıvanda gündüz 24-26, gecə 9-11 dərəcə, aran bölgəsində gündüz müsbət 21-23, gecə 14-16, dağlıq zonada gündüz müsbət 10 -12, gecə 3-5 dərəcə isti olacaqdır.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]