Oktyabrın 29-da hava metohəssas insanlar üçün nisbətən əlverişli olacaqdır
Bakı, 28 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 29-da ölkə ərazisində axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Bakıda hava əsasən yağmursuz keçəcəkdir. Paytaxtda havanın temperaturu gündüz müsbət 19-21, gecə 14-16, Naxçıvanda gündüz 21-23, gecə 8-10 dərəcə, aran bölgəsində gündüz müsbət 23-25, gecə 13-15, dağlıq zonada gündüz müsbət 13 -15, gecə 7-9 dərəcə isti olacaqdır.
Oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişiklikləri metohəssas insanlar üçün nisbətən əlverişli olsa da, sonrakı iki gün ərzində hava şəraitinin kəskin dəyişməsi, atmosfer təzyiqinin təzadlı dəyişikliyi, güclü xəzri küləyi fonunda temperaturun xeyli enməsi gözlənilir ki, bu da metohəssas insanlar üçün əlverişsiz olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]