OKTYABRIN 31-DƏ AZƏRBAYCAN RESPUBLİKASINDA QIŞ VAXTINA KEÇİLƏCƏKDİR
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli 21 saylı qərarına əsasən Azərbaycan Respublikasının ərazisində qış vaxtına hər il oktyabr ayının sonuncu bazar günü keçilir. 2004-cü il oktyabrın 31-də saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə qış vaxtına keçiləcəkdir.