Ölkə ərazisində ekologiyanın qorunmasına dair monitorinqlər aparılacaqdır
Bakı, 18 noyabr (AZƏRTAC). “EKO-2010” Gənclər Koalisiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yaxın vaxtlarda ekologiyanın dostlarının və düşmənlərinin adları ictimaiyyətə məlum olacaqdır. Belə ki, Koalisiyada yaradılan komissiya ekologiyanın qorunmasına dair ölkə ərazisində fəaliyyət göstərən bütün sahələr üzrə sorğular keçirəcək, monitorinqlər aparacaq, nəticələri KİV-lər vasitəsi ilə ictimaiyyətə çatdırılacaqdır. Məqsəd ölkəmizin ərazisində ekoloji vəziyyətin sabitləşdirilməsinə kömək etmək, “Ekologiyanın Dostu” milli mükafatlarının sahiblərini müəyyənləşdirməkdir.
Mükafatlar uğrunda bütün istehsalat sahələrində çalışan hər bir peşə sahibi, hüquqi və fiziki şəxslər, siyasətçilər, sənət adamları, idmançılar və s. iştirak edə bilərlər.
Həmçinin sorğular və monitorinqlər nəticəsində ekologiyamızı korlayanlar, ekoloji qaydalara əməl etməyənlər də müəyyən olunacaqdır.
İrad və təkliflərinizi Koalisiyanın elektron ünvanına: [email protected] [email protected] göndərə və telefon vasitəsi ilə: (012) 5110554, 0556365846 deyə bilərsiniz. Koalisiyanın tərkibində yaradılmış Komisiya üçün hər kəsin fikri önəmlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [13:04]
Sabahın hava proqnozu açıqlanıb
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:05]