Ordubad rayonunda yeni meyvə bağı salınıb
Ordubad, 31 mart, AZƏRTAC
Yaz mövsümündə muxtar respublika ərazisində, xüsusilə kənd təsərrüfatı əkinləri üçün yararsız olan ərazilərdə yaşıllaşdırma tədbirləri aparılır. Bu işlərin davamı olaraq Ordubad rayonunda yeni meyvə bağı salınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Şəhriyar qəsəbəsində və Əylis düzündə 500-ə yaxın yeni meyvə tingi əkilib.
Son illərdə Ordubadda aparılan yaşıllaşdırma tədbirləri sayəsində yaşıllıq sahələrinin ümumi həcmi xeyli artırılıb. Bu sahələrin əksəriyyəti məhsul verən meyvə bağlarıdır.