Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ordubad şəhər 3 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib

Naxçıvan, 29 mart, AZƏRTAC

Muxtar respublikada təhsilin inkişafı diqqət mərkəzindədir. Son illər yaşayış məntəqələrində müasir məktəb binalarının tikilməsi, tədrisdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi təhsil infrastrukturunu tamamilə müasirləşdirib. Bu sahədə həyata keçirilən tədbirlər Ordubad rayonunu da əhatə edib.

Martın 29-da Ordubad şəhər 3 nömrəli tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Məktəbin direktoru Əlağa Rzayev minnətdarlıq edərək deyib ki, informasiya texnologiyaları və tədris avadanlıqları ilə təminat məktəbdə dərslərin səmərəli təşkilinə imkan verəcəkdir. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər yaradılan şəraitdən istifadə etməklə gənclərin hərtərəfli təhsil almasına, onların əsl vətəndaş kimi yetişdirilməsinə nail olacaq, göstərilən qayğıya qazanılan nailiyyətlərlə cavab verəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib və deyib ki, təhsil ölkəmizdə strateji sahədir. Ümummilli liderimiz Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində təhsilin inkişafını diqqət mərkəzində saxlamışdır. Bu yol bu gün də davam etdirilir. Çünki təhsil sahəsində qazanılan uğurlar ölkə həyatının bütün sahələrində özünü göstərir. Bu gün Azərbaycanda müxtəlif sahələrdə çalışanlar həm ötən əsrin 70-ci illərində, həm də müstəqillik dövründə təhsil alan insanlardır.

Ali Məclisin Sədri deyib: Təhsil hər bir ölkənin gələcəyidir. Bu gələcəyi təmin etmək üçün təhsilli gənclər yetişdirmək lazımdır. Ulu öndər Heydər Əliyev də deyirdi ki, “Məktəb təhsil verməklə yanaşı, eyni zamanda gəncləri müstəqil həyata hazırlayan tərbiyə ocağıdır”. Bu gün məktəblərdə gənclərə təhsil verməklə yanaşı, həm də vətənpərvərlik hissləri aşılanmalı, onlar milli dəyərlərə sədaqət ruhunda tərbiyə olunmalıdırlar. Ümumtəhsil məktəblərində bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu gün istifadəyə verilən məktəb binası da müasir tədrisin tələbləri səviyyəsində qurulmuşdur. Yaradılan şərait imkan verəcəkdir ki, müəllimlər daha səylə çalışsınlar, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirsinlər, gəncləri gələcəyə hazırlasınlar.

Ali Məclisin Sədri deyib: Ordubad şəhər 3 nömrəli tam orta məktəbində yaxşı təhsil ənənələri vardır. Ötən tədris illərində məktəbin nailiyyətləri qənaətləndirici olmuşdur. Bütün bunlara görə dövlətimiz tərəfindən kollektivin əməyi qiymətləndirilmiş, məktəbin müəllimlərindən biri “Tərəqqi” medalı ilə təltif edilmiş, biri Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Bir müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin, 2013-cü ildə isə məktəb “Ən yaxşı məktəb müsabiqəsi”nin qalibi olmuşdur. Yaradılan şərait gələcəkdə bu nailiyyətləri daha da artırmağa imkan verəcəkdir.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib, açılışı bildirən lenti kəsib, məktəb binasında yaradılan şəraitlə və tədrisin vəziyyəti ilə maraqlanıb.

Bildirilib ki, 810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 2 şahmat otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.

Məktəbin kitabxana fondunda 13 min 867 kitab vardır. Burada şagirdlərin bilik və maraqlarına uyğun tədbirlərin keçirilməsi, onların fəal mütaliəyə cəlb olunması üçün lazımi şərait yaradılıb.

Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Məktəbdə 57 kompüter quraşdırılıb və internetə qoşulubdur. Elektron lövhəli siniflər isə keçirilən dərslərin əyaniliyini təmin edəcəkdir. Belə ki, şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki və bioloji proseslərin izahını və videogörüntülərini, müxtəlif cihazların, qurğuların, texniki vasitələrin işləmə prinsiplərini elektron lövhədə izləyə, eləcə də virtual tədris mübadiləsi apara bilirlər. Bu isə tədris materiallarının daha yaxşı mənimsənilməsinə kömək edir.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə muxtar respublikanın 220 təhsil müəssisəsi ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi arasında videobağlantı vasitəsilə keçirilən dərsi izləyib.

Kimya, biologiya və fizika laboratoriyalarında cihaz və avadanlıqlar quraşdırılıb, şagirdlərin biliklərinin təcrübi əsaslarla möhkəmləndirilməsi təmin edilib. Hərbi kabinə isə gənclərin hərb sənətinə marağının artırılmasına və onların vətənpərvər ruhda böyüməsinə imkan verəcəkdir.

Geniş və işıqlı idman zalı, eləcə də həyətdəki süni örtüklü idman meydançası və açıq idman qurğuları gənclərin fiziki cəhətdən sağlam böyüməsinə hesablanıb.

Ali Məclisin Sədri məktəbin idman zalında olub, bədən tərbiyəsi və idman dərslərinin təşkili ilə maraqlanıb.

Müəllimlərlə söhbət zamanı Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Ordubad Azərbaycanın incisidir” fikrini xatırladaraq deyib: Ordubad tarixən Azərbaycanın elm və təhsil mərkəzi olmuşdur. Bu torpaq böyük mütəfəkkirlər yetişdirmişdir. Görkəmli maarifçi alim Məhəmməd Tağı Sidqi ilk dəfə Ordubad şəhərində dünyəvi məktəb yaratmış, gənc nəslin təhsil alması qayğısına qalmışdır. Bu ənənə müasir dövrdə də davam etdirilməlidir. Məktəb binasında yaradılan şərait gənclərin yaxşı təhsil almasına və hərtərəfli böyüməsinə hesablanmışdır. Müəllimlər bu imkanlardan səmərəli istifadə etməli, vətənpərvər və savadlı gənclər yetişdirilməlidir.

Müəllimlərdən Səkinə Tağıyeva və Sahilə Cəlilova yaradılan şəraitə görə minnətdarlıq edərək deyiblər ki, bu gün Ordubad rayonunda təhsilin inkişafına lazımi qayğı göstərilir. İstər Ordubad şəhərində, istərsə də Ələhi, Xurs, Nürgüt kimi ən ucqar dağ kəndlərində müasir məktəb binalarının tikilib istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdan xəbər verir. Müasir tədris şəraiti pedaqoji kollektivləri daha səylə çalışmağa, xalqımız və dövlətimiz üçün yararlı gənclər yetişdirməyə ruhlandırır.

Məktəb binasının həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Ordubad şəhərində müasir Aviakassa

binası tikilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir, o cümlədən hava nəqliyyatı. Bu sahəyə xüsusi diqqət verilir və son illərdə Azərbaycanda tikilmiş aeroportlar, alınan yeni müasir təyyarələr və sərnişinlərə göstərilən xidmət bizim inkişafımızı əyani şəkildə göstərir”.

Ölkəmizin hava nəqliyyatı sisteminin inkişafı sahəsində tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla icra edilir, sərnişinlərin rahatlığı təmin olunur. Şəhər və rayon mərkəzlərində müasir standartlara uyğun aviakassa binalarının tikilib istifadəyə verilməsi də bu tədbirlərin tərkib hissəsidir.

Martın 29-da Ordubad şəhərində yeni Aviakassa binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli çıxış edərək deyib ki, muxtar respublikada hava nəqliyyatının inkişafı diqqət mərkəzində saxlanılır, sərnişin və yük daşımalarının səviyyəsi daha da yüksəldilir, uçuşların təhlükəsizliyi təmin olunur. Son illər aerovağzal kompleksinin yenidən qurulması, yeni inzibati binanın istifadəyə verilməsi, infrastrukturun müasir standartlara uyğun qurulması xidmətin keyfiyyətini xeyli yüksəldib. Ordubad şəhərində müasir aviakassa binasının istifadəyə verilməsi də bu tədbirlərin davamıdır. Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazasının möhkəmləndirilməsinə, hava nəqliyyatı sisteminin müasirləşdirilməsinə göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Ölkəmizdə hava nəqliyyatı sistemində həyata keçirilən tədbirlər bu sahənin inkişafına təkan vermişdir. Yeni hava limanlarının tikintisi, hava nəqliyyat vasitələrinin alınması, mütəxəssislərin hazırlanması dövlətimiz tərəfindən bu sahənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bu gün Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətində yaşaması hava nəqliyyatının inkişafını zərurətə çevirmişdir. Ötən dövrdə muxtar respublikada müasir hava limanının və uçuş zolağının istifadəyə verilməsi bu sahənin inkişafında mühüm rol oynamışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanı ən müasir təyyarələri qəbul etmə və yolasalma imkanına malikdir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin əsas məqsədi sərnişinlərin rahatlığının təmin etməkdir. Hava nəqliyyatında sərnişinlərin rahatlığının təmin olunması isə, ilk növbədə bilet satışından başlanır. Əvvəllər muxtar respublikada bilet satışı yalnız Naxçıvan şəhərində həyata keçirilirdi. Bu da mərkəzdən uzaqda yerləşən Ordubad, Şərur və Sədərək rayonlarında yaşayan insanların bilet almasında müəyyən çətinliklər yaradırdı. Ona görə də Ordubad və Şərur rayonlarında müasir aviakassa binaları inşa olundu. Bu gün Ordubad şəhər Aviakassası istifadəyə verilir. Aviakassada müasir avadanlıqlar quraşdırılmışdır. Yaradılan şərait aviakassada Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakıdan başqa ölkələrə getmək istəyən rayon sakinləri üçün də bilet satışını həyata keçirməyə imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Beynəlxalq Hava Limanının inkişafı sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək, muxtar respublika əhalisinə müasir hava nəqliyyatı xidməti göstəriləcəkdir. Naxçıvan Beynəlxalq Hava Limanının kollektivi də yaradılan şəraitdən səmərəli istifadə etməli, hava nəqliyyatının inkişafına öz töhfələrini verməli, sərnişinlərin rahatlığı təmin olunmalıdır.

Ali Məclisin Sədri Ordubad şəhər Aviakassasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət binanın birinci mərtəbəsində gözləmə zalı, 5 bilet satış kassası, təhlükəsizlik otağı, texniki otaq və məlumat köşkü yaradılıb. İkinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx istifadəyə verilib. Binada təhlükəsizlik, yanğından mühafizə və fərdi istilik sistemləri yaradılıb, nəzarət-müşahidə kameraları quraşdırılıb.

Aviakassada yeni texnologiyalar tətbiq olunub, binaya fiber-optik kabel çəkilib, kompüter dəstləri quraşdırılıb və elektron növbə sistemi yaradılıb. Sərnişinlər gözləmə zalındakı monitor vasitəsilə təyyarə reysləri və boş yerlər haqqında əvvəlcədən məlumat əldə edə biləcəklər. Aviakassada 8 nəfər işlə təmin olunub.

Binanın interyeri və fasadı müasir memarlıq tələblərinə uyğun dizayn edilib, həyətdə geniş abadlıq işləri görülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb