Orqan transplantasiyası icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil
Bakı, 1 iyul, AZƏRTAC
Orqan transplantasiyası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təmin olunmur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin Xidmətlər Zərfində təminata alınmayan tibbi xidmətlərdən istifadə edən şəxs öz maliyyə vəsaiti hesabına ödəniş etməlidir.
Xidmətlər Zərfi ilə təminata alınmayan tibbi xidmətlər aşağıdakılardır: dövlət proqramları çərçivəsində müalicə və müayinəsi nəzərdə tutulan tibbi xidmətlər; kosmetoloji və plastik cərrahi əməliyyatlar; orqan transplantasiyası; ambulator şəraitdə dərman təchizatı; süni mayalanma; psixi və davranış pozuntularının müayinə və müalicələri; stomatoloji xidmətlər.
Xatırladaq ki, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]