Ötən gün 132,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Bakı, 13 avqust, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 12-də ümumi çəkisi 132,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqrama yaxın heroin, 127,7 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın metamfetamin, həmçinin 1000 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:13]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [17:24]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [16:41]