Ötən il Gəncə Avtomobil Zavodunda 588 traktor, 395 yük avtomobili istehsal edilib
Gəncə, 23 yanvar, Elcan Məmmədov, AZƏRTAC
"Gəncə avtomobil zavodu" İstehsalat Birliyində 2022-ci ildə əmtəəlik məhsul istehsalı 78 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1,8 dəfə çoxdur.
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ötən il 588 ədəd müxtəlif modeldə traktor, 140 URAL markalı, 255 ədəd “KamAZ” markalı yük avtomobilləri istehsal edilib. Hesabat dövründə zavodda 226 ədəd xüsusi təyinatlı qoşqu, 5 ədəd yarımqoşqu, 1 ədəd traktor qoşqusu yığılaraq təhvil verilib. Hazırda müəssisədə yığım xətlərində işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:45]
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər
- 13.10.2026 [20:34]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [19:57]
Məktəbli geyimi, sadəcə bir forma deyil…
- 13.10.2026 [19:45]
Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO
- 13.10.2026 [19:41]