Azərbaycan Dövlət İnformasiya Agentliyi

Otuz ildir ağlayan yaşlı gözlər qazanılan zəfərlə sevinc göz yaşları ilə əvəz edildi

Otuz ildir ağlayan yaşlı gözlər qazanılan zəfərlə sevinc göz yaşları ilə əvəz edildi

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

Qüdrətli Azərbaycan Ordusunun əldə etdiyi növbəti böyük uğurlar, Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilməsi hər kəs kimi məni də çox sevindirdi. Bir daha qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevlə və möhtəşəm ordumuzla fəxr etdim!

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri deyən AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətinin mütəxəssisi Türkanə Bəylərli bildirib ki, Aprel döyüşləri, Naxçıvan əməliyyatı-Günnüt zəfəri bu gün əldə etdiyimiz zəfərlərin müjdəçisi idi. Həmin vaxt bütün Azərbaycan xalqı bir daha əmin olmuşdu ki, istənilən vaxt ordumuz ərazi bütövlüyümüzü bərpa etmək qüdrətindədir. Azərbaycanın qeyrətli övladları torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyib, verməyəcək də!

O vurğulayıb ki, Azərbaycan Ordusu iyulun 12-də ermənilərin Tovuz istiqamətində hücum cəhdinin qarşısını qətiyyətlə alaraq düşmənə layiqli cavab verdi. Sentyabrın 27-də isə növbəti erməni təxribatının qarşısını almaq üçün ordumuzun əks-hücumu düşməni ağır məğlubiyyətlərə uğratdı. Pərən-pərən düşən erməni ordusu həddini və yerini bildi. 30 il ağlayan yaşlı gözlər sevinc göz yaşları ilə əvəz edildi! Ana Vətənin keşiyində ayıq-sayıq dayanan Vətən övladları ilə qürur duymaqla yanaşı, hər gün qəlbi vətənpərvərlik ruhu ilə döyünən minlərlə gənclərin orduya yazılmaq üçün müraciəti, xalqımızın müzəffər ordumuza dəstəyini gördükcə iftixar hissi keçiririk. Çünki bu gün dövlət-xalq-ordu birliyi həm də torpaqlarımızın ərazi bütövlüyünün təmin olunduğunu görmək, böyük Qələbə sevincini yaşamaq deməkdir! Dövlət başçımızın dediyi kimi: “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Türkanə Bəylərli qeyd edib ki, bir millətin milli varlığını sübut edəcək əsas şərtlərdən biri onun qədim tarixidir. Öz tarixlərini hələ də müəyyənləşdirə bilməyən və torpaqlarımıza çirkin bir siyasətlə köçürülən ermənilər əsrlərdir ki, burada hər cür alçaq üsullardan istifadə edərək təxribatlar həyata keçirirlər. Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaradan, həmin ərazilərdə azərbaycanlılara məxsus bütün izləri yox edən, Azərbaycanın adı ilə bağlı olan bütün yer adlarını dəyişdirən ermənilər saxta tarixlərini qanuniləşdirmək üçün məkrli, bədnam niyyətlərinin həqiqətə çevrilməsi uğrunda zaman-zaman gizli və ya aşkar şəkildə həm insanlara, həm də yer adlarına qarşı soyqırımı törədiblər. Biz görürük ki, ermənilər bütün bunları “unudub”. Onlar “unudublar” ki, oğurladıqları və sahib çıxmağa cəhd göstərdikləri milli-mənəvi dəyərlər bizimdir, dastanlar, nağıllar, oradakı qəhrəmanlar ulu ata-babalarımızdır. Azərbaycanın öyünəsi keçmişini özündə yaşadan, toponimlərinin də hətta bir çoxu qədim Naxçıvan torpağı ilə bağlı olan qeyrət kitabımız “Kitabi-Dədə Qorqud”, eyni zamanda Koroğlu, Nəbi, Babək oylaqları bizimdir. Torpaq isə oğurlanan nə dastana, nə nağıla, nə də musiqiyə bənzəməz. Torpaqdan pay olmaz. Min illərdir ata-babalarımız bu torpaqlar uğrundan canlarından keçiblər. Bu gün də Azərbaycanın mərd oğulları torpaq uğrunda, Vətən uğrunda canlarını əsirgəmirlər.

“Ötən illər ərzində xalqımız Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətləri gələcək müvəffəqiyyətlərin təminatı kimi görürdü. Elə götürək, blokada şəraitində yaşadığımız Naxçıvanı. Vətənimizin ayrılmaz parçası Naxçıvan bu gün ölkəmizin ən qabaqcıl, ən inkişaf etmiş regionlarından biridir. 30 ildir blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda tikilən binalar, genişləndirilən yollar, salınan körpülər, gülkarlıqlar, artırılan meşə zolaqları qədim yurd yerinin simasını elə dəyişib ki, inanmaq olmur. Bütün bunlar təbii ki, doğma yurda bağlılıq hisslərinin bəhrəsidir. Bütün bunlar saxtakarlıq, hiylə və təxribatları baş tutmayan ermənilərə göz dağıdır. Bu gün Naxçıvanı qoruyan, onun təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordu isə düşmənin kabusuna çevrilib”, - deyən Türkanə Bəylərli vurğulayıb ki, bu gün Ermənistan hər baxımdan Azərbaycandan geri qalır. Son döyüşlər isə göstərdi ki, erməni ordusu artıq döyüş ruhunu da tamamilə itirib. Müftə verilən raketlər, toplar-tüfənglər də onların köməyinə çatmır. Ermənilər öz əsgərlərini döyüş meydanında saxlamaq üçün onların ayaqlarını zəncirə bağlayırlar. Bu, vəhşilikdir. Məsələnin həlli isə çox sadədir: sənə aid olmayan torpaqlardan rədd olub çıxırsan, bununla da yaşamaq haqqı qazanırsan. Ancaq görünən odur ki, siyasi və iqtisadi böhranın hökm sürdüyü Ermənistanda diqqətləri başqa istiqamətə yönəltmək istəyən həmin ölkənin baş naziri Nikol Paşinyan hələ də çirkin siyasi-hərbi oyununu davam etdirir. Bunun sonu isə onun üçün və ölkəsi üçün çox acı məğlubiyyətlə qurtaracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb