Oyun vaxtı ağır zədə alan afrikalı futbolçunun boyun fəqərələri sınıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Çinin “Quansi Pinqqo” klubunun futbolçusu Samuel Asamoa oyun vaxtı ciddi zədə alıb.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, toqolu yarımmüdafiəçi II Liqada “Çunçin Tunlyanlun”la matçda yan xəttə yaxın yerdə top uğrunda mübarizə apararkən rəqib oyunçunun onu itələməsi səbəbindən reklam lövhəsi ilə toqquşub.
Başı lövhəyə dəyən 31 yaşlı futbolçunun boyun fəqərələrində çıxıq və sınıq aşkarlanıb. Ona, həmçinin sinirlərin sıxılması ilə onurğa blokadası diaqnozu qoyulub. Oyunçunun mövsümün qalan hissəsini buraxacağı bildirilib.
Ötən gün uğurlu cərrahiyyə əməliyyatı keçirən oyunçunun vəziyyəti hazırda stabildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]