Özbəkistan-Türkiyə biznes-forumunda 679 milyon dollarlıq 25 müqavilə imzalanıb
Daşkənd, 30 iyun, АZƏRTAC
Daşkənddə keçirilən Özbəkistan-Türkiyə biznes-forumunda iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 679 milyon dollar dəyərində 25 müqavilə imzalanıb. Sənədlər energetika, turizm, yüngül sənaye, kənd təsərrüfatı, tikinti materiallarının istehsalı, əczaçılıq, kimya sənayesi və digər sahələrlə bağlıdır.
AZƏRTAC xəbər verir ki, biznes-foruma Özbəkistan Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Sardor Umurzakov və Türkiyənin vitse-prezidenti Fuat Oktay, hər iki ölkədən nazirlər, işgüzar dairələrin 250-dən çox nümayəndəsi qatılıb.
Forumun açılışında Sardor Umurzakov və Fuat Oktay çıxış ediblər.
F.Oktayın rəhbərliyi ilə Türkiyə nümayəndə heyəti qədim Səmərqənd və Buxara şəhərlərində də olublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]
Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb
- 15.10.2026 [15:25]