Pakistan “Təhrik-i-Taliban”ın Əfqanıstandakı mövqelərinə zərbə endirib
Bakı, 18 mart, AZƏRTAC
Pakistan Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında “Təhrik-i-Taliban” silahlılarının Əfqanıstan ərazisindəki sığınacaqlarına və düşərgələrinə hava zərbələri endirib.
AZƏRTAC “The Khorasan Diary” portalına istinadla xəbər verir ki, Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən Paktika və Xost əyalətlərindəki hədəflər hava zərbələrinə məruz qalıb. Hərbi Hava Qüvvələrinin əməliyyatı silahlıların martın 16-da Pakistan ordusunun Hayber-Paxtunxva əyalətində yerləşən “Mir Əli” bazasına hücumu nəticəsində yeddi əsgərin ölümünə cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, “Təhrik-i-Taliban” qruplaşmasının Əfqanıstandakı bazaları İslamabadla Kabil arasında münasibətlərin dondurulmasına səbəb olub. “Əl-Qaidə” ilə bağlı olan qruplaşmanın 50 minə yaxın üzvü olduğu iddia edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]