DÜNYA
Pakistanda iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36-ya çatıb
İslamabad, 7 iyun, AZƏRTAC
Pakistanın Sind əyalətinin Qotki şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36-ya çatıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, qəza nəticəsində 60-dan çox insan xəsarət alıb. Onların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Dəmir yolu stansiyasının əməkdaşı jurnalistlərə deyib ki, sərnişin qatarı qarşıdan gələn digər sərnişin qatarına çırpılıb. Nəticədə 14 vaqon aşıb, 8 vaqon tamamilə sıradan çıxıb. Hadisə yerində xilasedicilər işləyirlər.
Qəzanın səbəbləri araşdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]