Pandemiya Macarıstanın dövlət büdcəsinə öz təsirini göstərir
Budapeşt, 31 mart, AZƏRTAC
Koronavirusun baş qaldırması nəticəsində yaranan böhranın çağırışlarına cavab vermək və iqtisadiyyatı dirçəltmək məqsədilə cari ilin dövlət büdcəsinə əsaslı şəkildə yenidən baxılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş Naziri Viktor Orban hökumətin və İqtisadi Palatanın nümayəndələri ilə keçirdiyi videokonfransdan sonra bəyan edib.
Baş Nazirin sözlərinə görə, 2020-ci ilin büdcəsi cari vəziyyət nəzərə alınmaqla korrektə olunmalı və gələn il üçün nəzərdə tutulan proqnoz bu ilin sonunadək dəyişdirilməlidir.
V.Orban bankların, iqtisadi palataların və sahibkarlar assosiasiyalarının yüksəkvəzifəli məmurlarına müraciətlə deyib: "Biz gələn il üçün "azaldılmış" büdcə tərtib etməliyik . Bu büdcə böhranlı idarəetmə və iqtisadiyyatı canlandırmaq üçün daha çox imkanlar yaratmalıdır".
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [14:05]
Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur
- 14.10.2026 [13:51]
Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək
- 14.10.2026 [13:25]
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]