Parisdə təşkil ediləcək yarmarkada Azərbaycan ilk dəfə təmsil olunacaqdır
Paris, 9 dekabr ( AZƏRTAC ). Heydər Əliyev Fondunun, Azərbaycanın Fransadakı səfirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Fransada fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının dəstəyi və Parisdəki “Azərbaycan evi”nin təşəbbüsü ilə Trokadero meydanında təşkil ediləcək “Milad şəhərciyi” satış-yarmarkasında ölkəmiz ilk dəfə təmsil olunacaqdır.
2013-cü il dekabrın 12-dən 2014-cü il yanvarın 5-dək davam edəcək satış-yarmarkasında “Azərbaycan evi”nin yeni layihəsi Azərbaycanı və ölkənin müxtəlif çeşidli məhsullarını fransızlara yaxından tanıtmaq məqsədi daşıyır. Keçiriləcəyi müddətdə 20 milyondan artıq ziyarətçinin iştirakı nəzərdə tutulan yarmarkada “Azərbaycan evi” nin əməkdaşları tərəfindən zəngin milli mətbəximizin nümunələri, müxtəlif hədiyyələr, milli bəzək əşyaları təqdim olunacaq, ölkəmizin tarixini, mədəniyyətini, turizm imkanlarını, təbiətini əks etdirən kitablar və broşüralar paylanacaqdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]