Paytaxtda avtomobil təmiri sexində baş verən yanğın söndürülüb VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakının Nizami rayonu, Babək prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450 kvadratmetr olan avtomobil təmiri sexində təmirə dayanmış "PORSCHE" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları sıradan çıxıb.
Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər yanğından mühafizə olunub.