Paytaxtın Əziz Əliyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq
Bakı, 13 may, AZƏRTAC
“Formula-1” Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu il iyunun 17-dən 19-dək keçiriləcək mötəbər yarışa hazırlıq işlərini davam etdirir.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, hazırda Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Buna görə də mayın 13-də saat 22:00-dan mayın 14-də səhər saat 06:00-dək Əziz Əliyev küçəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]