Paytaxtın istehlak bazarında 18,9 milyard manatlıq məhsul satılıb
Bakı, 11 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 18 milyard 965,9 milyon manat olmaqla 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,8 faiz artıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,4 faizini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri 2022-ci ilin səviyyəsindən real ifadədə 9,8 faiz artaraq 18 milyard 086,5 milyon manat olub. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,0 faiz azalaraq 8 milyard 242,8 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]