Peşə təhsilinin təşkilində özəl sektorun peşəkar mütəxəssisləri birbaşa iştirak edir
Bakı, 5 fevral, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edən özəl sektorun peşəkar mütəxəssisləri tədris prosesinə cəlb olunur.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müəssisənin avtomobil istiqaməti üzrə mütəxəssisləri sırasına “Avtolux” şirkətinin texniki direktoru Sənan Məmmədov da daxil olub. Sənan Məmmədov Mərkəzin təhsilalanları üçün avtomobil istiqaməti üzrə modulları tədris edir.
Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Avtoluks Azərbaycan” MMC şirkəti arasında 2020-ci ildə anlaşma memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində hər iki müəssisə peşəkarlıq səviyyəsinin artırılması və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:12]
AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
- 05.10.2026 [14:02]
“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində
- 05.10.2026 [14:00]
Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub
- 05.10.2026 [13:55]
Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri
- 05.10.2026 [13:42]
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb
- 05.10.2026 [13:02]