Povoljye Dövlət Texnoloji Universitetinin nümayəndəsi Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 29 may (AZƏRTAC). Rusiyanın Povoljye Dövlət Texnoloji Universitetinin sosial texnologiyalar fakültəsinin dekanı V.Şalayev Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə universitetin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağı barədə ətraflı məlumat vermişdir.
Qarşılıqlı fikir mübadiləsi aparan tərəflər gələcəkdə tələbə-professor müəllim heyətinin mübadiləsi, birgə elmi konfransların təşkili, elmi-tədqiqat işlərinin aparılması, təcrübə imkanlarının müəyyənləşdirilməsi kimi istiqamətlərdə ikitərəfli əməkdaşlıq barədə razılaşmışlar.
Sonra qonaq turizm və otelçilik, sosial iş ixtisasları üzrə kadr hazırlığı ilə tanış olmaq məqsədilə müvafiq kafedralarda professor-müəllim heyəti ilə görüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]