Prezident: Azərbaycanın ərəb ölkələri ilə münasibətləri uğurla və hərtərəfli inkişaf edir
Bakı, 15 may, AZƏRTAC
Ulu Öndər Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verib, həmin siyasət bu gün də davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib.
Ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirib. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub
- 27.09.2026 [17:18]