Prezident İlham Əliyev: Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir
Bakı, 2 dekabr, AZƏRTAC
Hazırda Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq geniş gündəliyə malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bildirib.
O qeyd edib ki, iqtisadi-ticari, neft-qaz, bərpaolunan enerji, investisiya, rəqəmsallaşdırma və digər sahələrdə səmərəli birgə fəaliyyətimiz uğurla inkişaf edir.
“Əminəm ki, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək əməkdaşlığımızın dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl olaraq və uğurla davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:15]
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [17:05]
Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO
- 05.06.2026 [16:50]