Prezident İlham Əliyev: Azərbaycan-Kuba əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan-Kuba əməkdaşlığının inkişafı üçün böyük perspektivlər var və bu, səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu deyib.
Ölkələrimizin ənənəvi dostluq münasibətlərini, beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında sıx əməkdaşlıq etdiyini vurğulayan Prezident İlham Əliyev pandemiya dövründə kubalı həkim və tibb işçilərinin Azərbaycandakı fəaliyyətinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]