Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev: Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik

Prezident İlham Əliyev: Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 34-cü cildi çapdan çıxıb

Bakı, 9 fevral, AZƏRTAC

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 34-cü cildi Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Valdis Zatlersə təbrik məktubu ilə başlanır.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının bu yazının sərlövhəsinə çıxarılmış fikri Prezident İlham Əliyevin 2008-ci ilin noyabrında İtaliyaya rəsmi səfəri zamanı “Rai İnternational” telekanalının “Foks neks” proqramına müsahibəsindən götürülüb. Prezident deyib: “Biz iqtisadi cəhətdən təmin olunmuş ölkəyik. Təbii ehtiyatlarımız var, coğrafi mövqeyimiz əlverişlidir, müasir nəqliyyat infrastrukturumuz, yaxşı iqlimimiz, yaxşı aqrar imkanlarımız var. Özümüzü əksər kənd təsərrüfatı məhsulları ilə demək olar ki, 100 faiz təmin edirik. Beləliklə, biz ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və hər bir ölkə üçün son dərəcə vacib olan nəqliyyat təhlükəsizliyi baxımından yaxşı vəziyyətdəyik”.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2008-ci ilin noyabrından 2009-cu ilin fevralınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 34-cü cildində dövlətimizin başçısının Azərbaycana səfər etmiş Türkiyə, Ukrayna, Litva, Polşa, Gürcüstan prezidentləri ilə görüşlərinə, Estoniya, Yunanıstan, Macarıstan, ABŞ, İsveç, Böyük Britaniya və digər ölkələrin, Dünya Bankının, Asiya İnkişaf Bankının yüksək vəzifəli şəxslərini, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçılarını qəbul etməsinə, həmçinin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar yer alıb.

Prezident İlham Əliyevin İtaliyaya, Türkmənistana rəsmi səfərlərinə, Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşünə, dövlətimizin başçısının Macarıstana işgüzar səfərinə, Macarıstan Teleqraf Agentliyinə və Duna Televiziyasına müsahibəsinə, Nabukko layihəsinə dair Budapeştdə keçirilən Sammitdə çıxışına dair materiallar da nəşrin bu cildinə daxil edilib. Kitabda, həmçinin dövlətimizin başçısının Davosda Dünya İqtisadi Forumunun “Enerji Outlook-2009” mövzusunda keçirilən iclasında iştirak etmək üçün İsveçrəyə səfərini əks etdirən materiallar, Davosda ABŞ-ın “Wall Street” qəzetinə, CNBC (Si-en-bi-si), CNN telekanallarına, “Reuters” agentliyinə müsahibələri verilib.

Nəşrin bu cildində Azərbaycan Prezidentinin Türkdilli ölkələrin milli kitabxana direktorlarının konfransı və “Avrasiya Kitabxanalar Assambleyası” əməkdaşlıq təşkilatının ümumi iclasının, Tarixi İpək Yolunun Bərpası üzrə Beynəlxalq Konfransın 10 illiyinə həsr olunmuş yubiley konfransının iştirakçılarına müraciətləri, Azərbaycan ədliyyəsinin 90 illik yubileyi münasibətilə ədliyyə və məhkəmə işçilərinə, Dünya Azərbaycanlılarına Həmrəylik Günü münasibətilə təbrikləri və digər rəsmi sənədlər də dərc olunub.

Kitabda, həmçinin Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri, bölgələrdə və paytaxtda sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsinə, mədəniyyət sahələrinin inkişafına həsr edilmiş çıxışları toplanıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 34-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti BDU-da

Azərbaycan və İtaliyanın baş prokurorları əməkdaşlığın inkişafı haqqında Anlaşma Memorandumu imzalayıblar

Azərbaycan və Çexiya arasında antidopinqlə bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub

Orhan Aydın: Türk dövlətləri ortaq “Turan” brendi ilə məhsul ixrac edə bilər

Süni intellektlə feyk yaratmaq asanlaşıb - Xəbər agentliklərinin nümayəndələri Lissabonda müzakirələr aparıblar

Türkiyəli nazir: Nəqliyyat və ticarət sahələrində qlobal əməkdaşlığa hazırıq

Ali Məclisin plenar iclasında 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələr davam edir

Çində Si Cinpinin siyasi fəlsəfəsindən bəhs edən “Chat Xi PT” təqdim edilib

Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov Göyçayda torpağa tapşırılıb

“Azərbaycan dünyası” beynəlxalq jurnalının növbəti sayı Naxçıvanın 100 illiyinə həsr olunacaq

Bakıda “İspaniya və Latın Amerikası ədəbiyyatı bayramı” keçirilib

Viktor Orban: Macarıstan NATO-da öz rolunu yenidən qiymətləndirir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvlərinin Laçın şəhərinə səfəri başa çatıb

Hanoyda baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb

Yalçın Rəfiyev: Azərbaycanın əsas məqsədi COP hədəflərinə nail olmaq üçün hərəkətə keçmək və daha da irəliləməkdir

AFFA rəsmisi Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb

Bakıda türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi qeyd olunub

Muxtar Babayev: Ümidvarıq, bütün ölkələr COP29 ilə bağlı anlayış və həmrəylik göstərəcək

BMU-da Azərbaycanın nəqliyyat sistemi ilə bağlı elmi-praktik konfrans keçirilir

Yaponiya Rusiyanın 9 şirkətinə sanksiya tətbiq edəcək

Bu il dövlət qeydiyyatına alınan mülkiyyət hüququnun 75 faizi bölgələrin payına düşüb

Nazirlər Kabinetində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı iclas keçirilib

Səhiyyə Nazirliyi elektron reseptlərlə bağlı əhaliyə müraciət edib

Ankarada türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması ilə bağlı bəyannamə imzalanıb

Azərbaycan və Türkiyənin rəqabət orqanları arasında birgə fəaliyyət proqramı təsdiq ediləcək

DSMF-nin gəlirlərindən əhaliyə ödənişlər üzrə məbləğ artırılır

DSMF-nin cari il üzrə büdcəsinə dəyişikliklər nəzərdə tutulur

Türkiyənin Kahramanmaraş vilayətində daha 20 min 145 tikili sahiblərinə təhvil verilib

Azərbaycan millisinin sabiq baş məşqçisi klubundan ayrılıb

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib

Şəhid Vurğun Seyidov Ağsuda dəfn olunub

ABŞ-ın Men ştatının senatoru: Azərbaycanlılarla fəxr etmək lazımdır

XİN “Diplomatiya könüllüləri” qrupuna qəbul elan edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib

Şəhid İlqar Rəhimov Göyçayda dəfn olunub

Azərbaycan güləşçisi: 17 yaşda Avropa çempionatında fəxri kürsüyə qalxmaq böyük uğurdur

Azərbaycanın xarici işlər naziri TBMM-in komissiya sədri ilə görüşüb

Professor Qafar Əfəndiyevin 100 illik yubileyi qeyd olunub

Qulluq stajına görə əmək pensiyasına əlavələr ediləcək

AFFA Premyer Liqanın üç klubunu cərimələyib

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısında dəyişiklik olunub

AzMİU alimləri heliosistemlərin problemləri və günəş suqızdırıcılarının perspektivlərini araşdırıblar

“Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişikliklər təsdiqləndi

Tarın dili ilə danışmağı bacaran gənc musiqiçi

Möhtəşəm 100 gün

“Şamaxı” klubunun rəhbəri: Bizə görə I Liqaya düşmək faciə deyildi - MÜSAHİBƏ

Azərbaycan incəsənətində Füzuli dünyası - elmi konfrans

Alimlər: Budəfəki Günəş qasırğası onun daha dayaz səthində baş verən partlayışla bağlıdır

Medianın İnkişafı Agentliyi “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edir

Parisdə “Louis Vitton” Fondunda azərbaycanlı pianoçunun solo konserti olub VİDEO

ABŞ şirkətləri Qobustan GES üzrə keçirilən hərraca dəvət edilib

Konstitusiya Məhkəməsinin sədri Moldovada beynəlxalq tədbirdə iştirak edib

Sabah bəzi yerlərdə arabir yağış yağacaq

AQTA: Monitorinqlər zamanı 117 müəssisədə nöqsanlar aşkarlanıb

Milli Kitabxanada “Abbas Səhhət - 150” adlı kitab sərgisi açılıb

Cəlilabadda elektrik cərəyanı vurması nəticəsində kənd sakininin ölməsi faktı üzrə araşdırma aparılır

“Milan” klubu baş məşqçisi ilə yollarını ayırıb

Məsim Məmmədov: Laçının Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə qürur duyuruq

ABŞ sualtı qayığının qalıqları 80 ildən sonra tapılıb

Kənd təsərrüfatı nazirinin müavini Şabranda vətəndaşları qəbul edəcək

VII Respublika Uşaq Rəsm Festivalı keçirilib

Fuad Oktay: Bakı ilə İrəvan arasında birbaşa dialoq sülh sazişinin imzalanmasını yaxınlaşdırır

Avroliqada “Dördlər finalı”: "Fənərbağça" Panatinaikos"a, "Real Madrid" "Olimpiakos"a qarşı

Aşıq Şəmşirə həsr olunmuş "Musiqi kimliyimiz" layihəsi başa çatıb

Agentlik: Dörd məktəbin rəhbər heyətinə şiddətli töhmət verilib

Azərbaycan para-atleti dünya çempionatında finala yüksəlib

Saatlıda becərilən “Göycə” alçası xaricə də satılacaq

Əhmədli qəsəbəsində aşkarlanan hərbi sursatlar zərərsizləşdirilmək üçün götürülüb

Elnur Allahverdiyev: Lüksemburq parlamentarisinin təxribatçı bəyanatının heç bir əsası yoxdur

NBA: “Boston Seltiks” final seriyasında ikinci qələbəsini qazanıb

Bu gün görkəmli şair Abbas Səhhətin doğum günüdür

AMEA-da ətraf mühit məsələləri ilə bağlı elmi-praktik konfrans keçirilib

Qoşulmama Hərəkatı Gənclər Təşkilatında Afrika günlərinə həsr olunmuş tədbir keçirilib

Hikmət Hacıyev: COP29-un ev sahibi kimi uğurlar qazansaq, bu, bütün dünya üçün faydalı olar

Gənclər Kitabxanasında “Abbas Səhhət – 150” adlı virtual sərgi hazırlanıb

Bahar Muradova: İllik məlumat Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında hazırlanıb

Son 1 ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 6 minə yaxın vətəndaşa tibbi xidmət göstərilib

Azərbaycanın MMA döyüşçüsü qazaxıstanlı rəqibinə qalib gəlib

Musiqili Teatr iyun repertuarını açıqlayıb

Dövlət Komitəsi uşaq hüquqları ilə bağlı apardığı təhlillərin nəticəsini Nazirlər Kabinetinə təqdim edib

Aynur Sofiyeva: Uşaqlar üçün yuvenal ədliyyə işlərinin həyata keçirilməsi ən vacib məsələlərdəndir

Milli Məclisdə gender bərabərliyinə nəzarət edən qurumun 2023-cü il üçün fəaliyyəti müzakirə olunur

XVI Rus dilində Respublika Olimpiadasına yekun vurulub

Deputat: Erməni xalqı saxtakar keşişə və onun arxasında dayananlara öz yerini göstərməlidir

Tunis sahillərində 18 qeyri-qanuni immiqrasiya cəhdinin qarşısı alınıb

Cahit Bağçı: Azərbaycanın COP29-u təşkil etməsi böyük uğur hekayəsidir

Azərbaycanın Müstəqillik Günü Cənubi Koreyada qeyd olunub

Nazir müşaviri: “Məktəblinin dostu” layihəsi çərçivəsində 2016-2024-cü illərdə 13 min uşağa ilkin yardım göstərilib

“Ən qədim və ən nadir tibb əlyazmaları” sərgisi açılıb

Nazir müavini: Zorakılığa məruz qalmış uşaqların reabilitasiyası və reinteqrasiyası üçün 14 müəssisə fəaliyyət göstərir

Stokholmda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert təşkil edilib

Dünya çempionu: Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki bizə əlavə güc verdi

Yanvar-aprel aylarında 65 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

Qara Dəniz Universitetlər Şəbəkəsinin nümayəndə heyəti BANM-də

İspaniyada binanın çökməsi nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb

Müşahidə kameralarından yayınmaq üçün çətirdən istifadə edən oğru saxlanılıb

Həndbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçılar bəlli olub

Firəngiz Əlizadənin “Nağıllar” simfonik poeması Londonda ifa edilib

Azərbaycan-Tacikistan münasibətləri yüksək inkişaf mərhələsindədir ŞƏRH

Alman Akademik Mübadilə Xidmətinin Tbilisi Regional Ofisinin rəhbəri ADAU-ya səfər edib