Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV “BÖYÜK OYUN TƏKRARLANIR” DEVİZİ İLƏ KEÇİRİLƏN İCLASDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV “BÖYÜK OYUN TƏKRARLANIR” DEVİZİ İLƏ KEÇİRİLƏN İCLASDA İŞTİRAK ETMİŞDİR
Yanvarın 29-da Davos forumu çərçivəsində “Böyük oyun təkrarlanır” devizi altında xüsusi iclas keçirilmişdir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İranın xarici işlər naziri Məniçehr Mottəki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iştirak etmişlər.

İclası açan “Avrasia Group” şirkətinin prezidenti Yan Bremmer Azərbaycan Prezidentini, Türkiyə Baş nazirini və digər qonaqları salamlayaraq, “Böyük oyun təkrarlanır” mövzusunun təsadüfi seçilmədiyini və müzakirələrin səmərəli keçəcəyinə əminliyini bildirmişdir.

Aparıcı Azərbaycan və Türkiyənin Avropaya inteqrasiya yolunu tutduqlarını vurğulamış, Azərbaycan Prezidenti İlham Əliyevə “Avropada ikili standartlar mövcuddurmu?” sualı ilə müraciət etmişdir.

Prezident İlham Əliyev cavabında bildirmişdir ki, 1991-ci ildən Azərbaycan müstəqil siyasət həyata keçirir. Avropa İttifaqı ilə Azərbaycan Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı, enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair memorandum imzalamışdır. Bütün bunlar Azərbaycan və Avropa arasında əlaqələrin inkişafını göstərir. Avropa ölkələri ilə əlaqələr qarşılıqlı anlaşmaya söykənir və bu, davam edəcəkdir.

Prezident İlham Əliyev ikili standartların hər yerdə mövcud olduğunu bildirmiş, Azərbaycanla Avropa İttifaqı arasında işbirliyinin müsbət olduğunu və bunun davam edəcəyinə əminliyini vurğulamışdır.

Baş nazir Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə toxunmuş, bu istiqamətdə fəaliyyətin davam etdiyini söyləmişdir. Hər zaman problemlərin yaşandığını bildirən Ərdoğan demişdir ki, Avropa İttifaqının Gömrük Birliyinə üzv olan Türkiyəyə dostlarının baxışları müsbət olmalıdır və ümid edirəm ki, belə də olacaqdır.

İranın xarici işlər naziri Məniçehr Mottəki də ABŞ-ın İrana münasibətlərində dəyişikliklərin baş verməsinin strateji və taktiki ola bilməsi fikrini vurğulamışdır. İranın bölgədə sülhün bərqərar olmasına çalışdığını, dünyada işbirliyinin güclənməsi üçün səylərini artırdığını deyən nazir ümidvar olduğunu bildirmişdir ki, ABŞ-ın yeni rəhbərliyi siyasətini sözdə yox, işdə dəyişdirəcək və bölgədə əməkdaşlıq yeni vüsət alacaqdır.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiya ilə bağlı suala cavabında demişdir ki, Rusiya ilə Gürcüstan arasında məlum münaqişədən sonra Türkiyə Qafqazda sülh və təhlükəsizlik platforması ideyasını irəli sürdü. Bundan məqsəd bölgədə təhlükəsizliyə, əmin-amanlığa nail olmaqdır. İnanırıq ki, Rusiya bundan sonra da bu istiqamətdə səylərini artıracaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev aparıcının “Böyük oyundan bəhs edərkən enerji məsələsindən qaçmaq olarmı?” və “Avropa Rusiyadan qaz asılılığını azaltmağa çalışır və Siz Nabukko layihəsinin gələcəyinə necə baxırsınız?” suallarına cavabında demişdir ki, biz xarici şirkətlərlə əməkdaşlıq və tərəfdaşlıq nəticəsində təbii sərvətləri dünya bazarına çıxarırıq. Bu gün Azərbaycanın 7 neft və qaz boru xətti vardır. Xarici bazara neft və qaz ixrac olunur. Azərbaycan enerji ölkəsi kimi mühüm rol oynayır. Azərbaycan təkcə tranzit yox, həm də ixracçı ölkədir. Azərbaycanda zəngin yataqlar vardır.

Prezident İlham Əliyev Budapeşt sammitinə toxunaraq demişdir ki, Nabukko layihəsinin gələcəyi parlaq olacaq, Avropa bu layihəyə ciddi dəstək verməlidir və maliyyə məsələləri həll olunmalıdır. Bütün bu işlər uğurla nəticələnəcəkdir. Azərbaycan ixrac əhatəsini genişləndirmək fikrindədir və biz, əsasən, sülh şəraitində əməkdaşlığa üstünlük veririk.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin iqtisadi layihələrdə iştirakdan kənarda qalması ilə bağlı suala cavabında demişdir ki, bölgədə heç bir ölkə layihədən kənarda qala bilməz. Ermənistan sərfəli tranzit yolu olsa da, təəssüf ki, beynəlxalq layihələrdə iştirak edə bilmir.

Türkiyə-Ermənistan münasibətləri məsələsi ilə bağlı o, əlaqələrin yaxşı davam etdiyini, bunun müsbət nəticələnəcəyinə, Türkiyə və Ermənistanın xeyrinə olacağına inandığını söyləmişdir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bütün hədəflərin bölgədə sülhə nail olmağa yönəldiyini vurğulayaraq demişdir ki, bunda bütün tərəflər maraqlı olmalıdır. Bu işlərdə diasporlara ehtiyac yoxdur və öz problemlərimizi özümüz həll etməliyik.

Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasında münaqişənin hələ də həllini tapmadığını, ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini də xatırlatmışdır. Baş nazir Qafqazda sülh və təhlükəsizlik platforması ideyasının bu səbəbdən meydana gəldiyini bildirərək demişdir ki, bu işlərə kənar qüvvələrin cəlb olunması qəbuledilməzdir.

Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, bizim Ermənistanla əlaqələrimiz yoxdur. Səbəb isə Ermənistan tərəfinin Azərbaycan torpaqlarını işğal etməsidir. Amma müzakirələr aparılır, nəticə isə yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayınca əməkdaşlıq mümkün deyildir. Torpaqlar azad edilməli, BMT-nin prinsipləri qəbul olunmalı, sərhədlər tanınmalıdır.

İranın xarici işlər naziri Məniçehr Mottəki İranın Orta Asiya və Qafqaz ölkələri ilə əlaqələrinin gələcəyi barədə suala cavabında demişdir ki, bölgədə siyasi dialoqa ehtiyac duyulur. Əsasən də enerji təhlükəsizliyi məsələsinin müzakirəsinə ehtiyac vardır.

“Gürcüstan Prezidenti Mixeil Saakaşviliyə 2009-cu ildə nə kimi tövsiyəniz var?” sualına cavabında Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, Gürcüstan ilə Azərbaycan arasında mühüm layihələr keçirilir. Bunun Avropanın enerji təhlükəsizliyinə xeyri vardır. İkitərəfli münasibətlər inkişaf edir. Mən Gürcüstan rəhbərliyinə və xalqına uğurlar arzulayıram. Azərbaycan qonşu Gürcüstanı dəstəkləmək üçün əlindən gələni edəcəkdir. Azərbaycan Gürcüstana 3 milyard dollar sərmayə qoymuşdur. Bu işləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti uğurla həyata keçirir. İki ölkə arasında əlaqələr nə qədər yaxşı olsa, bunun bir o qədər faydası vardır. Bu, bölgənin inkişafına və əməkdaşlığa töhfə verəcəkdir.

Sonda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İpək yolu layihəsi çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi məsələlərinə toxunmuşdur. Türkiyənin Yaxın Şərqdəki siyasətindən danışaraq bildirmişdir ki, Türkiyə bölgədə sabitlik üçün bütün təşəbbüslərə qoşulur və bu yöndə əlindən gələni edəcəkdir.

X X X

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri davam edir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib