Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN ÇIXIŞI

- Bismillahir-rəhmanir-rəhim!

Zati aliləri, çox hörmətli Prezident həzrətləri!

Hörmətli din qardaşlarım!

Əziz qonaqlar!

Sizi bu gün salamlayıram, Ramazan ayında, bu müqəddəs ayda öz iqamətgahımda Sizə “Xoş gəlmisiniz!” deyirəm və Allah-Təaladan xoşbəxtlik, firavanlıq arzu edirəm. Zati-aliləri, Allah-Təaladan arzum budur ki, Sizin şəxsiyyətinizlə Azərbaycan xalqı firavan, əmin-amanlıqda yaşasın və ruzili olsun. Ən ümdə, ən böyük arzumuz ondan ibarətdir ki, Sizin rəhbərliyinizlə tezliklə Qarabağ torpaqları azad edilsin.

Bu gün müqəddəs aydır. Sizin gəlişiniz bizə çox böyük şərəf, xoşbəxtlik və səadət bəxş etmişdir. Ramazan ayı, bu müqəddəs ay Qurani-Şərifin nazil olduğu aydır. Ruhların azad olan ayıdır. Bu ay qardaşlıq, dostluq, mərhəmət, bir-birinə kömək ayıdır. Ona görə Siz bu gün bizim süfrəmizin başında oturduğunuz, bu məclisdə iştirak etdiyiniz üçün hesab edirəm ki, bütün Azərbaycan xalqına, onun mənəviyyatına çox böyük qiymət verirsiniz. Bütün Azərbaycan müsəlmanları və dindarları Sizdən razıdırlar. İstərdim, bu gəlişinizə görə bütün müsəlmanlar, dindarlar adından Sizə, habelə qonaqlarımıza öz minnətdarlığımı bildirim.

Ramazanın əsas mahiyyətlərindən biri də insanları bir yerə cəm etmək, onlar arasında qardaşlıq, mehribançılıq yaratmaqdır. Mən deyə bilərəm ki, bu görüşün, bu süfrənin özü də rəmzi xarakter daşıyır. Əsas məqsəd bundan ibarətdir ki, Azərbaycan xalqı həmişə tolerantlığı, hörməti sevmiş, hörmət etməyi bacarmışdır. Bu gün biz bu süfrənin arxasında millətindən, dinindən asılı olmayaraq cəm olmuşuq. Bu o deməkdir ki, Azərbaycanda tolerantlıq vardır, Azərbaycan xalqı birlikdə yaşamağı bacarır və belə bir xalqın da, inşallah, gələcəyi vardır.

Dövlətimizin qurucusu, ulu öndərimiz Heydər Əliyev həzrətləri tolerantlığın banisidir. O, müstəqil Azərbaycanı xoşbəxt görmək istəyirdi, ölkəmizin gələcəyini düşünürdü. Deyə bilərəm ki, o, mənə dostum, qardaşım deyəndə, mən də ona dostum, qardaşım kimi münasibət bəsləmişəm. İndi o, bu dünyada yoxdursa da, onun ruhu bizimlədir. Allah onun ruhunu şad eləsin. O, Azərbaycanın gələcəyi üçün öz həyatını qurban verdi, Azərbaycanın xoşbəxtliyi üçün əlindən gələni etdi. Ən müqəddəs olan bir oğlunu da Azərbaycanın xoşbəxtliyi üçün insanlara, xalqa bəxş etdi. O da Azərbaycanın gələcəyini, firavanlığını düşünərək, müstəqil Azərbaycanı gələcəyə aparmaq üçün bu yolu keçdi. Əlbəttə, insanlar yaxşı ilə pisi gözəl seçirlər. Biz dindarlar da bunu çox gözəl seçirik və qiymət veririk.

Prezident həzrətləri, biz öz seçimimizi düzgün etmişik. Prezident seçkilərində bütün dindarlar Sizə səs verdilər. Onlar Sizə inanırdılar. Çünki bizə belə bir məsləhəti ulu öndərimiz Heydər Əliyev həzrətləri vermişdir. Allah ona rəhmət etsin. O bizə demişdi ki, mənə inandığınız kimi, oğlum İlham Əliyevə də inanın. Biz də Sizə, gələcəyinizə inanırıq, Sizinlə fəxr edirik.

Bu yaxınlarda xaricdə iki ölkənin dövlət başçısı ilə görüşüm oldu. Onlar müdrik dahi rəhbər kimi Sizin haqqınızda ağızdolusu danışanda yerə-göyə sığmırdım. Azərbaycanın tolerantlığı haqqında konfranslarda misal gətirirlər. Bu, məni çox sevindirir. Əlbəttə, bunun səbəbkarı Sizsiniz.

Mən bu yaxınlarda İordaniyada dostum, Misirin müftisi Tantani ilə görüşdüm. O, mənə Sizinlə görüşünü xatırlatdı. Dedi ki, sizin Prezidentlə görüşdüm, o, mənə Azərbaycan haqqında çox danışdı. Mən Azərbaycanı görmək istəyirəm. O, həm də mənə dedi ki, özüm üçün iqamətgah tikmirəm, amma şeyxülislam üçün iqamətgah tikirəm. Mən buna çox sevindim. Sevinirəm ki, mənəviyyatımıza Siz bu şəkildə qiymət verirsiniz.

Əlbəttə, bu gün Azərbaycanın bu dirçəlişini, yüksəlişini, firavanlığı gözü götürməyən bəzi insanlar, qüvvələr də var. Bu qüvvələrin əsas dayaqları xaricdədir. Bunu biz bilirik. Bəzən daxildə də səslərini çıxarmaq istəyirlər. Ancaq inanın ki, onların heç bir qüvvəsi yoxdur. Onların arxasında Allah dayanmır, həqiqət dayanmır. Həqiqət Sizinlədir.

Mən istərdim bu yerdə Qurandan bir ayə gətirim. Qurani-Şərifdə buyrulur ki, insanlar bəzən Allah-Təalanın çırağını, nurunu, günəşini başa düşmədən, üfürməklə söndürmək istəyirlər. O çırağı ki, mən yandırmışam, onu sən heç vaxt söndürə bilməzsən. Mən inanıram ki, Heydər Əliyevin nurunu Allah-Təala yazdı və bu çıraq inşallah, hələ yanmaqda davam edəcəkdir. O çıraq yanacaq, mən buna inanıram. Biz dindarlar buna inanırıq, bunun üçün dua edirik. Bu gün bəzi insanlar, bəzi qüvvələr əgər varsa da, onlar heç vaxt bizi doğru yoldan döndərə bilməyəcəkdir. Dindarlarımız həmişə Sizinlədir və həmişə Sizinlə olacaqlar.

Sizin Azərbaycan üçün gördüyünüz işlər böyükdür. Bu gün Azərbaycana xaricdən, daxildən baxanda tikintilər, körpülər, məktəblər, mədəniyyət ocaqları görünür. Bundan başqa, Sizin mənəviyyata verdiyiniz çox böyük qiymət və göstərdiyiniz kömək nəticəsində Bakıda həm kilsə tikilib, sinaqoq tikilib, katolik kilsəsi tikilib, həm də məscidlər təmir olunur. Təzəpir məscidi bizim Azərbaycan xalqının dini mərkəzidir. Biz onun günbəzinin qızıldan olmasını birinci dəfədir görürük. Bizim həyatımızda belə bir şey olmamışdır, görməmişik. Sizin istəyinizlə, maddi-mənəvi köməyinizlə həm Bibiheybət, həm də İçərişəhər tamamilə yenidən qurulur. Azərbaycanda tolerantlıq rəmzi kimi Hacı Əjdər məscidində iki məzhəbdən olan insanlar namaz qılırlar. İndi orada çox böyük təmir işləri gedir. Təkcə Bakıda deyil, Azərbaycanın çox yerlərində mənəvi ocaqlar yüksəlir. Həmişə əllərimiz göydə Sizdən ötrü Allaha dua edirik. Əlbəttə, biz inanırıq ki, gələcək həqiqətlədir, haqladır və haqq da Sizinlədir.

Siz vədinizə əməl etdiniz. Siz söz vermişdiniz ki, gələcəyəm və gəldiniz də. Mən Sizə bu dostluğa, bu münasibətə görə əhali adından, öz adımdan, bütün müsəlmanlar adından minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, Sizi gələn il yenidən Prezident görək. Gələn il seçkilər dövrüdür və bayram o dövrə düşür. İnşallah, həmin vaxtda Sizi yenə Prezident kimi dəvət edəcəyəm və istərdim burada iştirak edəsiniz.

X X X

Sonra şeyxülislam Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və dövlətimizin başçısına ən xoş arzularını yetirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında növbəti qələbəsini qazanıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH