Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ Zəfəri Azərbaycan xalqının gələcək nəsillərinə əbədi müstəqillik müjdəsi vermiş oldu

Qarabağ Zəfəri Azərbaycan xalqının gələcək nəsillərinə əbədi müstəqillik müjdəsi vermiş oldu

Bakı, 18 oktyabr, AZƏRTAC

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda çar müstəmləkə rejiminə qarşı milli azadlıq hərəkatının yeni mərhələsi başlandı. Müstəmləkə rejiminin bütün qadağalarına rəğmən, milli dövlətçilik prosesində çox ciddi addımlar atıldı. Azərbaycanda başlayan maarifçilik və siyasi-ideoloji hərəkat XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılarımız tərəfindən daha da inkişaf etdirilərək milli dövlətçilik yolunda ciddi siyasi və ideoloji təməllərin əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin “Milli istiqlala malik olmayan bir millət hürriyyət və mədəniyyətini də hifz edə bilməz”, - deyərək, “İnsanlara hürriyyət, millətlərə istiqlal” siyasi-ideoloji formulunu irəli sürməsi istiqlaliyyət yolunda aparılan mübarizədə avanqard rolunu oynamışdı. Məhz bunun nəticəsində 1918-ci ilin may ayının 28-də türk-müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı Müstəqilliyin Bərpası Günü haqqında deyib. O bildirib ki, 1918-ci ildə Cümhuriyyətin qəbul etdiyi “İstiqlaliyyət Bəyannaməsi”ndə əks olunan əsas prinsiplər milli mahiyyət daşıyan dünyəvi modern dövlətin bütün atributlarını özündə ehtiva edirdi. “Bəyannamə”də əks olunan dünyəvi xarakterli siyasi və hüquqi atributlar, demokratik idarəçilik sistemi, dövlətlər və xalqlararası mehriban qonşuluq və əməkdaşlığın prioritet məsələ kimi ön plana çıxarılması, milliyyətindən, məzhəbindәn, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi və vətəndaşlıq hüququ ilə təmin etməsi kimi məsələlər Azərbaycan Xalq Cümhuriyyətinin milli, dünyəvi, tolerant dəyərlər üzərində qurulmasını bir daha təsdiq edir:

“AXC-nin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün ölüm-dirim mübarizəsi aparan Cümhuriyyət qurucularının böyük səylərinə baxmayaraq, 23 ay müddətində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olundu. Bu işğal Azərbaycan dövlətçiliyinin siyasi təsisatlarına və xalqımızın milli-mənəvi dəyərlərinə ciddi zərbə vursa da, dövlətçiliyimizin təməllərini, xüsusilə də istiqlaliyyət məfkurəsini tamamilə məhv edə bilmədi.

Məhz bunun nəticəsi olaraq XX əsrin sonlarında Azərbaycanda bolşevik Rusiyasına qarşı başlayan milli-azadlıq hərəkatı nəticəsində Azərbaycan öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz istiqlaliyyətini qazandı. Bu sənəddə qeyd olunurdu ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək... Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”. Bununla da müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və hüquqi varisi kimi milli dövlətçiliyimizin bütün atributlarına sahib çıxdı”.

Mübariz Ağalarlı Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ciddi şəkildə xarici təhdidlər və daxili siyasi böhranla qarşı-qarşıya qaldığını söyləyib. Bildirib ki, yenicə istiqlaliyyətini qazanmış milli dövlətçiliyimizə qarşı törədilən sui-qəsdlər nəticəsində Qarabağ bölgəsi erməni işğalçıları tərəfindən qəsb olundu: “Bu təhdidlərə rəğmən həmin dövrdə Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bilsə də təəssüf ki, işğal olunmuş ərazilərini düşmən əsarətindən azad edə bilmədi.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın daxili və xarici siyasətində həlledici dönüş baş verdi. Ulu Öndərin hakimiyyəti dövründə, ilk növbədə, separatizmin kökü kəsilərək ölkədə siyasi sabitlik yaradıldı. Həmçinin müstəqil Azərbaycan Respublikasının dövlət təsisatlarının formalaşdırılması, əsası qoyulan uğurlu diplomatiya və xarici siyasət istiqamətləri uzun illər boyu itirilən torpaqlarımızın geri qaytarılması üçün münbit zəmin hazırladı. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın güclü bir dövlətə çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, xarici siyasətdə qazanılan uğurlar, həmçinin Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının bütün sahələrdə dinamik inkişafına nail olması yeni bir mərhələnin əsasını qoyaraq tariximizin dönüş nöqtəsinə çevrildi. Artıq 200 illik bir tarixi dönəmdə zorla qoparılaraq əlimizdən alınan Vətən torpaqlarının geri qaytarılması zamanı yetişmişdi. II Qarabağ savaşı - Vətən müharibəsi bu tarixi dönüşün - itirilmiş torpaqların geri qaytarılmasının başlanğıcı oldu.

2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Azərbaycan Respublikası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884 saylı qətnamələr-red) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünü həyata keçirdi. Azərbaycan Ordusunun rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti ilə Azərbaycan dövləti 30 ilə yaxın bir dövrdə işğal altında olmuş əraziləri azad edərək ərazi bütövlüyünü bərpa etdi. Eyni zamanda, bu Qələbə ilə uzun illər Cənubi Qafqazda və Qarabağ bölgəsində kök salmış erməni terrorizminə ağır zərbə vuruldu.

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda erməni separatizminin və terrorçu birliklərinin birdəfəlik kökünün kəsilməsi məqsədilə həyata keçirilən antiterror tədbirləri 23 saat 43 dəqiqə müddətində böyük uğurla başa çatdı. Azərbaycan Respublikası II Qarabağ savaşında qazandığı tarixi Qələbə ilə bərpa etdiyi ərazi bütövlüyü üzərinə yeni bir qələbə də əlavə edərək bütün Azərbaycan hüdudları çərçivəsində öz suverenliyini tam şəkildə bərpa etmiş oldu.

Artıq Azərbaycanın bütün ərazilərində olduğu kimi, Xankəndi şəhərində də üçrəngli bayrağı dalğalanmaqdadır. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusunun Qarabağda qazandığı bu Zəfər itirilmiş tarixi torpaqlarımızın qaytarılmasının təməllərini atmaqla yanaşı, Azərbaycan xalqının gələcək nəsillərinə bir əbədi müstəqillik müjdəsi vermiş oldu. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Müstəqilliyimiz, əbədidir, daimidir, dönməzdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Azərbaycan AQEM çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafında mühüm rol oynayır

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb

İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

Ağdama qayıdan sakinlər: Bu günü çox gözləmişik

NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı öz işinə başlayıb

Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları əsasında müəyyən ediləcək

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb

Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Oğuzda yaşayan azsaylı xalqlarla bağlı tədbir olub VİDEO

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib

“Əsgərlərimi çıxarın, mən hələ dözərəm” - Son nəfəsində də zabit şərəfinə sadiq qalan komandir

Bu saata olan əsas xəbərlər

Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib VİDEO

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Şahbuzda elektrik enerjisinin verilişi dayandırılacaq

ADA Məktəbinin şagirdi: “Məhsul bayramı” bizə ehtiyacı olan insanlara kömək etməyi öyrədir

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib

AMEA-nın Ümumi yığıncağı Ramiz Mehdiyevin akademiya üzvlüyündən çıxarılmasını təsdiq edib

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Bahar Əliyeva: Festival bizə mehriban olmağı və paylaşmağı öyrədir

Azərbaycanın keçdiyi yol münaqişələrdən əziyyət çəkən digər dövlətlər üçün nümunədir ŞƏRH

Vüqar Kərimov: Cəbrayıl ərazisində beynəlxalq meşə təlim və tingçilik mərkəzi tikilib

Tələbələrdən xeyriyyə addımı: sərgidən əldə olunan gəlir sosial təşəbbüsə yönəldiləcək

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

“Qarabağ” akademiyasının meneceri: “Dinamo Zaqreb”lə oyuna qələbə üçün yollanacağıq

Naxçıvan şəhərində binaların istilik təchizatına noyabrın 1-də başlanılacaq

Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb

“Dostluq körpüsü” layihəsi çərçivəsində uşaqların hekayələrindən ibarət kitab hazırlanıb

Sevinc Seyidova: Məhsul bayramı şagirdlərdə xeyirxahlıq və sosial məsuliyyət dəyərləri formalaşdırır

Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb

Çexiyanın NATO-nun hərbi hədəflərinin 70 faizini yerinə yetirmədiyi açıqlanıb

Ağcabədidə tələbələr arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə görüş təşkil olunub

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

Parisdə Azərbaycanın fəxri təltiflərinə dair kitabın təqdimatı olub VİDEO

BMU-İNHA ikili diplom proqramı: 256 məzun və yeni hədəflər

Qərb regionunda turizm sənayesinin inkişafı üzrə yeni mərhələ: Gəncədə ilk iclas olub

Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir ŞƏRH

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Konqoda Eboladan ölənlərin sayı 5 minə çatır

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Alimlər soyuq temperaturun ömrü uzatmağa kömək edə biləcəyini müəyyənləşdiriblər

Bakı Dövlət Universiteti Keniyanın təhsil müəssisələri ilə əlaqələri genişləndirir

Bu il daha 826 şəxsə reabilitasiya vasitələri ünvanlarına aparılaraq təqdim edilib

Fransada yırtıq əməliyyatlarında istifadə olunan protezlərlə bağlı şikayətlər artıb

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Azərbaycan təcrübəsi: Müharibədən sonra sülhün və yeni həyatın qurulması – ŞƏRH

Coğrafiya İnstitutu ilə Türkiyə universiteti arasında elmi əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir

® Ən müasir metodlarla xəstələrə sağlamlıq bəxş edən həkim

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?

Böyük Britaniyada “Meta”nın bazardakı üstün mövqeyindən sui-istifadə etməsi ehtimalı araşdırılır

Milli həmrəylik və sülh quruculuğu Azərbaycanın beynəlxalq mövqeyinin əsaslarıdır ŞƏRH

Zeynəb Babayeva: İnsanları birləşdirən mənəvi dəyərlər xarici görünüşdən daha vacibdir

Yuri Landau: Azərbaycan bərpaolunan enerjinin inkişafı üzrə böyük potensiala malikdir – MÜSAHİBƏ

Butanda buzlaq gölünün bəndinin yarılması daşqına səbəb olub, Hindistanda sel təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

İƏT-ə üzv dövlətlər üçün korrupsiya tədbirləri ilə bağlı tövsiyələr hazırlanıb

Zəfər Gününə həsr olunan tədbirdə Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Universitetinin tələbələri üçün probasiya fəaliyyətinə dair maarifləndirmə tədbiri təşkil olunub

“Milan” NBA Avropa layihəsində iştirak üçün basketbol komandası yaratmağı planlaşdırır

Alimlər autizmli insanların beyin fəaliyyətinin fərqli xüsusiyyətlərini üzə çıxarıblar – ARAŞDIRMA

BBC-nin illik lisenziya haqqı artırıla bilər

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi “Qızıl payız” qaçış festivalında iştirakçılara tibbi dəstək göstərib

Coğrafiyaçı-alim: Xəzərin səviyyə tərəddüdləri sahil ərazilərində ekoloji və sosial-iqtisadi problemlər yaradır

Rəssam Fərid Rəsulov Qarabağ xalçaçılıq ənənələrini müasir 3D texnikası ilə təqdim edir

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalı çərçivəsində “OTHERWORLDS” fərdi sərgisi VİDEO

Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub

Britaniyanın Baş naziri: Dünyadakı qeyri-sabit vəziyyət planlarımızı həyata keçirməyə imkan vermədi

Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıb – Yekun məlumat

Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun növbəti iclası olub

İrlandiya Şimali İrlandiya ilə mümkün birləşməyə hazırlıq məqsədilə ilk dəfə xüsusi qurum yaradacaq

Bakının məşhur “Metropol”undan dahi Nizaminin məbədinə: 87 illik şanlı tarix

Oman yaxınlığında hücuma məruz qalan gəminin 25 nəfərlik heyəti təxliyə edilib

ABİF işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu təqdim edir

Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Qazaxıstanın Türküstan şəhəri 2027-ci ildə “İslam dünyasının mədəniyyət paytaxtı” olacaq

Çində qu quşlarının qış məskənindən füsunkar görüntülər – FOTOLAR

Dünya çempionatı: Portuqaliya millisi B yolunun finalında Zambiyaya uduzub

Sankt-Peterburqda müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət kitab nəşr olunub

Xarici təhdidlərə qarşı effektiv mübarizə üsulu - azərbaycançılıq ideologiyası – TƏHLİL

İllərlə xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmirlər? – metodistin tövsiyələri

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

“Bakıya uçuş” festivalı çərçivəsində Fərhad Xəlilovun “Mənim Abşeronum: Üstə gəl” sərgisi nümayiş etdirilir

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Elmi dərəcə və ad alan 56 şəxsə diplom və attestatlar təqdim olunub

Professor: Mədəniyyət sülhün mühüm mənəvi dayağıdır

“Qələbə qaçışı”na rekord sayda iştirakçı qatılacaq

Böyük Britaniyada təhsil alan azərbaycanlı mütəxəssis: Süni intellekt kiberhücumları daha mürəkkəb hala gətirir - MÜSAHİBƏ

Azərbaycana idxal olunan elektromobil və hibrid avtomobillərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Niderlandla müsbət siyasi dialoq Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına töhfə verir

Samuxda əmək yarmarkası: 15 müəssisə iş imkanları təklif edib

Oktyabrda 704 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

“Meta”, “TikTok” və “X” Böyük Britaniyanın mediatənzimləyicisinə qarşı məhkəmədə uduzub