Qaret Beyl peşəkar qolf turnirində gücünü sınayacaq
Bakı, 24 yanvar, AZƏRTAC
Uels millisinin sabiq futbolçusu Qaret Beyl peşəkar qolf turnirində çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, futbolçu fevralın əvvəlində keçiriləcək “AT&T Pebble Beach Pro-Am” turnirində gücünü sınayacaq.
Kaliforniyada təşkil olunacaq turnirdə 156 peşəkar və eyni sayda həvəskar idmançı iştirak edəcək. Turnirin iştirakçıları arasında məşhur aktyorlar Bill Mürrey, Ceyson Beytman, həmçinin 2022-ci ilin yayında ABŞ açıq çempionatının qalibi olmuş qolfçu Mett Fitspatrik də yer alacaqlar.
Mükafat fondu 9 milyon ABŞ dolları təşkil edəcək yarış Q.Beylin karyerasında ilk peşəkar qolf turniri olacaq.
Qeyd edək ki, Q.Beyl yanvarın 9-da futbolçu karyerasını başa vurduğunu açıqlamışdı. Futbolçu 5 dəfə Çempionlar Liqasının, 4 dəfə klublararası dünya çempionatının, 3 dəfə La Liqanın, 2 dəfə Avropa və İspaniya Super kuboklarının və 1 dəfə İspaniya kubokunun qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]