Qazaxıstanda karantin rejimi daha iki həftə uzadıldı
Nur-Sultan, 29 iyul, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə dövlət başçısının epidemioloji vəziyyətin sabitləşdirilməsi məsələlərinə həsr olunmuş keçirdiyi bugünkü müşavirənin yekunları ilə bağlı mətbuat xidməti məlumat verib.
Ölkə başçısı iyul ayında tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müsbət təsirini daha da gücləndirmək məqsədilə həmsərhəd ölkələrdə epidemioloji vəziyyətin ağırlaşmasını nəzərə alaraq, karantin tədbirlərini iki həftə müddətinə uzatmaq və sonra mərhələli şəkildə yumşaldılması ilə bağlı göstəriş verib.
Qeyd edək ki, Qazaxıstanda ötən gün koronavirusa yoluxma 1544 nəfərdə aşkarlanıb və ümumi say 86 min 192-yə çatıb. Sağalan xəstələrin sayı 54,4 mindən çoxdur. Ölkədə koronavirusdan 793 nəfər həyatını itirib.
Xatırladaq ki, epidemiya vəziyyətinin pisləşməsi səbəbindən, Qazaxıstan hakimiyyəti iyulun 5-dən avqustun 2-dək bir sıra əlavə karantin məhdudiyyətləri tətbiq etməyə qərar vermişdi.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]