QAZAXISTANDA RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 25-də Qazaxıstanda Respublika günü qeyd olunmuşdur. Prezident Nursultan Nazarbayev Astanadakı “Astana-Bayterek” kompleksinin qarşısındakı meydanda çıxış edərək Qazaxıstan xalqlarını Respublika günü münasibətilə təbrik etmiş, müstəqillik illərində əldə olunmuş uğurlardan danışmışdır.
Astana və Almatıda, həmçinin ölkənin bütün vilayətlərində də bayram tədbirləri keçirilmiş, xalq gəzintiləri təşkil olunmuşdur.
Xatırladırıq ki, 1990-cı il oktyabrın 25-də Qazaxıstanın Ali Soveti Dövlət müstəqilliyi haqqında Deklarasiya qəbul etmişdir. Sənəddə suveren Qazaxıstanın bütün atributları əks olunmuş, həmçinin dövlətin rəmzləri - Gerb, Bayraq, Himn və milli valyuta olan təngə təsdiq edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]