Qazaxıstanda sərnişin qatarında yanğın baş verib
Astana, 22 mart, AZƏRTAC
Qazaxıstanda Astana-Karaqanda-Sortirovoçnaya xəttində “Turksib Astana” adlı özəl daşıyıcı şirkətə məxsus Kostanay-Almatı marşrutu üzrə hərəkət edən sərnişin qatarında yanğın baş verib.
AZƏRTAC “Qazaxıstan Temir Jolı” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan və ya həlak olan yoxdur. Yanğın baş verən vaqon qatardan ayrılıb.
“Hadisə yerinə Astana stansiyasından yanğınsöndürmə qatarı göndərilib. Yanğın dəmiryol işçiləri və Fövqəladə Hallar Departamentinin əməkdaşları tərəfindən söndürülüb. Hadisənin səbəbləri və şəraiti araşdırılır”, - deyə məlumatda bildirilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]