“Qəbələ” klubu “Dinamo” komandasını 3:2 hesabı ilə məğlub edib
Bakı, 21 avqust, AZƏRTAC
“Qəbələ” və “Dinamo” (Tbilisi) klublarının aşağı yaş qruplarından olan komandalar arasında ilk matçlar keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qırmızı-qaralar”ın U-13 və U-15 komandaları Qəbələdə səfərdə olan qonşu ölkədən gələn həmyaşıdları ilə görüşüb. On üç yaşadək futbolçuların oyununda məhsuldar nəticə qeydə alınıb. 3:2 hesabı ilə qalib gələn “Qəbələ”nin heyətində Elmir Hüseynli, Murad Ələkbərov və Eşqin Əhmədov fərqləniblər. U-15 komandalarının matçında isə bir qol vurulub. Bu qarşılaşmada qonaqlar üstün olublar. İki gündən sonra U-13 və U-15 komandaları yenidən üz-üzə gələcəklər.
Xatırladaq ki, iki klub arasında razılığa əsasən, “Dinamo”nun iki yaş qrupu üzrə təmsilçiləri Qəbələdə hazırlıq keçib, yoxlama oyunlarında qüvvələrini sınayacaqlar. Bir neçə aydan sonra isə “qırmızı-qaralar”ın digər iki yaş qrupu üzrə komandaları Tbilisiyə səfər edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]