Qəbələ növbəti beynəlxalq yarışa ev sahibliyi edir
Bakı, 17 noyabr, AZƏRTAC
Noyabrın 17-də Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” idman klubunun təşkilatçılığı, Azərbaycan Taekvando Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə taekvando üzrə açıq “Qəbələ Open” beynəlxalq birinciliyi başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışa Türkiyə, Rusiya, İraq, Gürcüstan, eləcə də Azərbaycanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri, taekvando bölmələri və klublardan 500-dən çox idmançı qatılıb.
Üç gün davam edəcək yarışın təşkilində məqsəd ölkədə taekvandonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsinin və ustalığının artırılmasıdır.
Turnirdə 2006-2007-ci il və 2008-2009-cu il təvəllüdlü uşaqlar, 2003-2005-ci il təvəllüdlü yeniyetmələr, 2000-2002-ci il təvəllüdlü gənc idmançılar mübarizə aparırlar.
Yarışı ATF-nin hakimləri idarə edirlər.
“DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçirilən turnirin sonunda fərdi və komanda hesabında ilk üç yeri tutan idmançılar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]