Qəbələ rayonunun Tövlə bələdiyyəsinin ərazisində baş verən yanğın meşə fonduna ciddi ziyan vurmamışdır
Bakı, 13 aprel (AZƏRTAC). Qəbələ rayonunun Tövlə bələdiyyəsinin 1,5-2 hektar ərazisində yanğın baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, küləkli hava şəraiti olduğundan alov Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Zarağan meşəbəyliyinin 19-cu kvartalının 24-cü bölməsinə keçmiş və meşə fonduna məxsus 0,47 hektar ərazidəki quru ot örtüyü və kollar yanmışdır. Meşə fonduna ciddi ziyan dəyməmişdir.
Hadisəyə səbəb yoldan keçən avtomobildən atılan söndürülməmiş siqaret kötüyü olmuşdur.
Yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin yerli qurumları və əhalinin birgə səyləri nəticəsində tam söndürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]