Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan kəndləri – Haqqıxlı

Bakı, 6 mart, AZƏRTAC

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan kəndləri ilə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycan kəndləri” silsiləsindən növbəti yazısını təqdim edir.

Haqqıxlı kəndi Qaraqoyunlu mahalının cənub-qərbində, Karvansaray rayonunda, Ağstafa çayının kənarında, Qazax-Dilican şose yolunun cənub-qərbində, Ağqayanın aşağı hissəsində, magistral yoldan 4 kilometrlik məsafədə yerləşir.

Qərbi azərbaycanlıların 1988-ci il deportasiyasına qədər kənddə ancaq azərbaycanlılar yaşayıblar.

Kəndin indiki yerində məskunlaşma tarixinin XVIII əsrin əvvəllərinə təsadüf etdiyi ehtimal olunur. Lakin kəndin ərazisindəki Pir, Qız qalası, Hörük daş, Kilsə və s. tikili, abidə və ziyarətgahlar bu yerlərin bir yaşayış məskəni kimi daha qədimlərdən mövcud olduğunu söyləməyə əsas verir.

1886-cı ilin statistik məlumatlarında Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Dilican nahiyəsinin Haqqıxlı kəndi kimi qeydə alınmış kənddə 265 (146 kişi, 119 qadın) azərbaycanlı əhalinin yaşadığı göstərilib. Kəndin adının etimologiyası ilə bağlı bir neçə versiya mövcuddur. Birincisi, kəndin adının türk mənşəli haqqıx sözündən əmələ gəlməsi ehtimal olunur. Əsasən qırmızı rəngə çalan qiymətli bərk mineral, bəzək daşı anlamında işlənən haqqıx sözü, şübhəsiz ki, əqiq sözünün xalq danışıq dilindəki tələffüz formasından başqa bir şey deyil (əqiq-həqiq-həqix-haqqıx fonetik və orfoepik dəyişmələri dil qanunlarımıza tamamilə uyğundur). Deməli, Haqqıxlı - haqqıx daşı çox olan yer deməkdir. Kəndin yuxarı hissəsində bəzəkli daşların çox olması deyilənləri təsdiqləyir.

İkinci yozuma görə, toponim haqq sözündən əmələ gəlişdir. Guya ki, haqqıxlılıların ulu babaları Xəlil ağa adlı bir zülmkara boyun əyməyərək əvvəllər yaylaq kimi istifadə etdikləri bu ərazilərə gəlmiş, yurd-yuva salmış və həmişə də özlərini haqlı, ədalətli sayaraq, “biz haqqıx” demişlər. Həmin mərd insanların saldığı kənd də onların bu ifadəsinə uyğun olaraq “haqqın, ədalətin tərəfdarları” anlamında Haqqıxlı adlanıb.

Üçüncü yozuma görə, Haqq sözü Allahın adı olmaqla “Ənəl-Həqq” deyən sufilərə xas bir termindir. “Mən haqqam”, “Haqq mənəm”, “Haqq bizik”, “Biz Haqqıx” qəlibinə uyğun olaraq burada yaşayanların elliklə bu təlimi qəbul etmələrinə dəlalət edir.

Nəhayət, Haqqıxlı toponimi ilə bağlı xalq arasında yaşayan rəvayətə görə, bu ad Haqqoğlu şəxs adından yaranmışdır. Belə ki, Ağa Məhəmməd şahın Qarabağa gəlişindən çox-çox əvvəllər Qarabağın Sarıcalı obasına Alqulu oğlu Əhməd adlı bir gənc gəlir. O, Sarıca Alının xançobanına köməkçi olur. Az sonra Əhməd öz igidliyi, mərdliyi, işgüzarlığı və dürüstlüyü ilə ad qazanır. Ədalətliliyinə, haqpərəstliyinə görə onu bütün Qarabağda Haqqoğlu kimi tanıyırlar. Sarıca Alının Sarıtel Cəvahir adlı bircə övladı varmış, onu da Əhmədə deyikli edir. Vaxt tamam olanda Əhməd ağasına eşitdirir ki, üzü payıza dönəndə haqqını alıb onunla üzülüşmək, yurduna - Qazax ellərinə dönmək fikrindədir. Sarıca Alı gənci yenə də yanında saxlamaq məqsədilə bir sıra tədbirlərə əl atır, onun haqqını artırır, Sarıtel Cəvahirlə Əhmədi nişanlayır, lakin oğlan fikrindən dönmür. Nəhayət, Əhməd Sarıca Alı ilə halallaşaraq yurduna dönür, Sarıtel Cəvahir də atlanıb ona qoşulur. Onlar gəlib Haqqıxlı kəndinin yerləşdiyi ərazidə məskunlaşırlar, onların başına xeyli adam yığılır və burada kənd əmələ gəlir və bu kənd Haqqoğlu adlanır, sonralar isə elin tələffüzündə Haqqıxlı şəklinə düşür.

Azərbaycanın Rusiya tərəfindən işğalından sonra Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Dilican nahiyəsinin, sovetləşmə zamanı Dilican rayonunun, 1938-ci ilin yanvarından sonra isə Karvansaray (İcevan) rayonunun tərkibində olmuşdur.

Kənddə 1897-ci ildə 372 nəfər, 1904-cü ildə 342 nəfər, 1916- cı ildə 450 nəfər, 1919-cu ildə 121 nəfər azərbaycanlı yaşayıb. Haqqıxlı əhalisi 1905-ci ildə, 1919-cu ildə və 1988-ci ildə ermənilər tərəfindən soyqırımına məruz qalıb.

1919-cu il soyqırımında bu kənddən 70 nəfər bir yerdə yandırılıb. Erməni qaniçənləri kənddə salamat qalmış adamlara da divan tutublar, hətta kəndin ən nüfuzlu adamı olan Molla Nəbini qətlə yetiriblər. Kənddən sağ qalanlar Qaraqoyunlu dərəsinin içərilərinə doğru geri çəkilib, Azərbaycanın müxtəlif rayonlarına pənah aparıblar. Bu hadisələr yaddaşlarda “Danaqıran soyqırımı” kimi qalıb.

1922-ci ildə kənddə 306 nəfər, 1926-cı ildə 331 nəfər, 1931-ci ildə 412 nəfər azərbaycanlı yaşayıb. 1930-cu ildə kənddə kolxoz qurulub, arıçılıq, tütünçülük, heyvandarlıq, bağçılıq, meşəçilik bu təsərrüfatın əsasını təşkil edib. 1930-cu illərdə kənddə yeni məktəb binası, 1940-cı illərdən etibarən isə klub, inzibati idarə və təsərrüfat binaları, ictimai-iaşə obyektləri tikilib. 1930-cu illərdə kənddən heç kəsin repressiyaya məruz qalmaması, demək olar ki, kənd camaatının birliyi və ovaxtkı kənd rəhbərlərinin qeyrəti sayəsində mümkün olub.

1988-ci il noyabrın 28-də Ermənistan hökumətinin göstərişi ilə kəndə göndərilmiş milis işçiləri əhalini zorla yük maşınlarına dolduraraq Qazax-Karvansaray sərhədinə qovdular. 1919-cu ildə olduğu kimi, 1988-ci ildə də Qaraqoyunlu mahalında ilk ağır zərbə Haqqıxlı kənd əhalisinə endirildi. Kəndə gələn yollar tutulduğundan əhali heç bir kənddən və Qazax rayonundan kömək ala bilmədi. O zaman kənddə 180 ailədə 810 nəfər azərbaycanlı yaşayırdı. 700 nəfər də Haqqıxlı kəndindən kənarda yaşayan haqqıxlılılar vardı.

Haqqıxlı sakini Nuru Kazımovun xatirələrindən: “Saat 6 tamamda kəndə avtobuslar və yük maşınları dolmağa başladı. Elan etdilər ki, bir maşına iki ailənin xırda-para yatacaqları, ev əşyaları yığılmalıdır. Əli silahlılar və maşınlar qonşu erməni rayonlarından gətirilmişdi. İcevan rayonundan nə maşın, nə də silahlı adamlar gəlməmişdi. Bizə iki saat vaxt verdilər. Başımızı itirmişdik, donub qalmışdıq, nə edəcəyimizi bilmirdik. Silahlılar isə bizi tələsdirir və deyirdilər ki, özünüz bilin, iki saatdan sonra buraya qoşun gəlib sizi qətlə yetirəcək. Nə etmək olardı, yüngül ev yatıb-duracaqlarını maşınlara yüklətdilər və hamının maşınlara dolmasından sonra maşınlar növbə ilə sıralanıb Qazaxa doğru hərəkət etdi. Maşınlar bizi gətirib şəhərin o tərəf girəcəyinə töküb qayıtdı...”

Kənd sakini Rəfiqə İsmayıl qızı Məmmədova yazırdı: “Noyabrın 28-də bizi zorla kənddən çıxardılar. Beş aylıq körpəmlə 23 gün meşələrdə gizlənmişik. Axır ki, o canilərin əlindən qurtarmışıq. Evimizdən heç nə götürməyə qoymadılar. Hər şeyimiz orada qaldı”.

1978-ci il yanvarın 25-də kəndin adı dəyişdirilərək Səməd Vurğun, 1991-ci il aprelin 19-da isə yenidən dəyişdirilərək Hovk qoyuldu.

* * *

Məşhur Şinkar bulağı bu kəndin ərazisində idi. Yaz-yay aylarında minlərlə soydaşımız bu bulağın üstündə yeyib-içir, həftələrlə burada məskən salıb dincəlirdilər.

Pir ziyarətgahının divar daşlarından birinin üzərindəki oyma ilan şəkli isə qeyd-şərtsiz bu abidənin islamdan daha əvvəllərə aid olduğunu göstərir. Əslən Haqqıx kəndindən olan tədqiqatçı Saməddin İbrahimovun yazdığına görə, yaşlı nəslin nümayəndələri təsdiq edirmişlər ki, üzərində ilan şəkli olan bu daş divardan hər dəfə yerə düşəndə Qərbi Azərbaycanın ermənilər yaşayan yerlərində dəhşətli fəlakətlər baş verərmiş. 1988-ci il Gümrü zəlzələsindən əvvəl də həmin daş yerə düşübmüş.

Bu ziyarətgahın islamdan və xristianlıqdan daha əvvəlki inanc yeri olduğunu təsdiqləyən əlamətlərdən biri də bura müxtəlif dinə və millətə mənsub olan insanların hamısının ziyarətə gəlmələri idi.

Qız qalası Haqqıxlı kəndinin Kiçik Danaqıran adlanan sahəsinə yaxın ərazidə, Şəhər dərəsi adlanan yerdə yerləşirdi.

Ermənilər müdafiə məqsədi daşıyan bu qalanın 12-ci əsrdə ermənilər tərəfindən tikildiyini iddia etsələr də, maraqlıdır ki, burada heç bir arxeoloji qazıntı aparmamış, əksinə, 1960-cı illərdən başlayaraq onu dağıdıb məhv etməyə çalışmışlar. Çünki ermənilər yaxşı bilirlər ki, belə Qız//Oğuz qalaları Azərbaycanın, demək olar, bütün ərazisində mövcuddur və onları başqa Türk-Oğuz abidələri kimi, erməniləşdirmək o qədər də asan deyil.

Hörükdaş abidəsi də öz qədimliyi ilə seçilir. Meqalit tikili nümunəsi olan bu abidədə istifadə olunan daşların hər biri təxminən iki ton ağırlığındadır ki, onları da ancaq Misir piramidalarının inşası zamanı istifadə olunan daşlarla müqayisə etmək olar.

Elmi ədəbiyyatlarda qədim köklərə malik olan Haqqıxlı elinin Qaraman türklərinin Alpout boyunun Poylu tirəsinə mənsubluğu iddia edilir.

1920-ci illərdən sonra Karvansara ətrafında ermənilər tərəfindən salınmış kəndlərin (Saldaş, Qara daş, Ağdan və s.) də adının türk mənşəli olması ermənilərin bu torpaqlara gəlmə olmasınının sübutudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər