Qətər Dövlətinin COP29 konfransında iştirakı ilə bağlı məsələlər müzakirə edilib
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 7-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Qətər Dövləti Xarici İşlər Nazirliyinin iqlim dəyişikliyi və davamlılıq məsələləri üzrə xüsusi elçisi Bader Bin Omar Al-Dafa ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş əsnasında qonağa noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə məlumat verilib, həmçinin Qətər Dövlətinin bu mötəbər tədbirdə fəal iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər mədəniyyət sahəsində həyata keçiriləcək bir sıra layihələr ətrafında da fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [17:08]