QƏZA BİR NƏFƏRİN HƏYATINA SON QOYDU
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Quba yolunun 18-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş vermişdir. Mirabdulla Seyidov idarə etdiyi “Ford” markalı mikroavtobusla 23 yaşlı piyadanı vurmuş, sonra isə Ələsgər Ələkbərova məxsus eyni markalı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə piyada hadisə yerində ölmüş, iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Faktla bağlı təhqiqat aparılır.