QƏZA NƏTİCƏSİNDƏ AVTOMOBİL YANMIŞDIR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Bakı şəhəri Nərimanov rayonunun Mayakovski küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Riyad Abbasova məxsus “VAZ-2102” markalı avtomaşın alovlanmış və yararsız vəziyyətə düşmüşdür.
Yanğının başvermə səbəbi və dəyən ziyanın məbləği müəyyənləşdirilir.