Qobustan qoruğu latviyalı turistlərin gözü ilə
Riqa, 19 oktyabr, AZƏRTAC
Latviyanın “Travelnews” turizm portalında Azərbaycanın Qobustan Milli Tarixi-Bədii Qoruğuna həsr olunmuş fotomateriallar yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, 60 fotodan ibarət məlumatda latviyalı turistləri maraqlandıracaq məqamlar əks olunub.
Material Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizə səfər edən “Rantur Travel Agency”nin əməkdaşları tərəfindən hazırlanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa