Qubanın Xınalıq kəndində qar örtüyünün hündürlüyü 30 santimetrə çatıb
Bakı, 10 aprel, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi aprelin 9-u axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, aprelin 10-u səhərədək şimşək çaxıb, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Qərb küləyi əsib, bəzi rayonlarda arabir saniyədə 20-30 metr təşkil edib, Abşeron yarımadasında isə arabir saniyədə 18-22 metrədək güclənib.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-7, Böyük Qafqazda 3-38, Mərkəzi Aran rayonlarında 2-29, Kiçik Qafqazda 9-10, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-də 1-7 millimetr olub.
Qar örtüyünün hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırız kəndində 22, Şahdağda 20, Qaxın Sarıbaş kəndində 5, Daşkəsəndə 1 sm-ə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]