Qurban bayramı münasibətilə dənizçilər adından məcburi köçkün ailələrinə sovqat paylanıb
Bakı, 29 iyul, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Qurban bayramı ərəfəsində şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, dənizçilər həmişə olduğu kimi, bu dəfə də Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3 min 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bayram sovqatı ünvanlara ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşları tərəfindən çatdırılıb.
Qaçqın və məcburi köçkünlər onlara göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:30]
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
- 05.10.2026 [13:52]
DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [13:47]