Qusarda istirahət mərkəzində yanğın: 4 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bakı, 22 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində “Park Qusar” istirahət mərkəzinin ərazisində kottecdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.
Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kottec yanıb.
Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.
Yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı kotteclər və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş ilkin araşdırmalarla yanğının kottecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindın baş verdiyi ehtimal edilir.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:50]
Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib
- 14.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [11:13]