Region gəncləri turizm haqqında maarifləndirilir
Bakı, 11 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Maliyyə Dəstəyi ilə Mingəçevir şəhərində turizm sahəsi ilə bağlı maraqlı layihənin icrasına başlanılmışdır.
“Region gənclərinin turizm bilgilərinin artırılması” adlı layihədən müxtəlif regionlardan olan iyirmi gənc faydalanmaqdadır.
Layihənin əlaqələndiricisi Babək İsakovun AZƏRTAC-a verdiyi məlumata görə, əksəriyyəti Mingəçevir Turizm Kollecinin tələbə gənclərindən ibarət olan iştirakçılara ümumi dünya turizmi haqqında müxtəlif təlimlər və təqdimatlar keçirilir.
Layihə çərçivəsində həyata keçirilən təlim, təqdimat və ekskursiyalar əsasən “Kür” Olimpiya Tədris İdman Mərkəzi və Mingəçevir Şəhər Gənclər Evində təşkil edilmişdir. Belə təlim və ekskursiyaların mütəmadi təşkil olunması ölkəmizdə turizm sahəsində çalışan mütəxəssislərin daha təcrübəli olmasına və sayının artmasına gətirib çıxaran amillərdəndir.
Layihənin növbəti həftəyədək davam etdirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]