Rəis müavini: Araq istehsalçıları şərtlərə əməl etməlidirlər
Bakı, 6 aprel, AZƏRTAC
Araq məhsullarının keyfiyyətində problemlərdən biri əsas xammal olan spirtin keyfiyyəti ilə bağlıdır. Bizdə olan məlumatlara görə, mənşəyi bəlli olmayan xammal spirtdən istifadə edilməsi halları var. Buna görə xammal spirtin rəsmi qaydada sənədləşdirilməsi bu problemi aradan qaldıracaq.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin Aqrar siyasət komitəsinin aprelin 6-da keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib.
Rəis müavini bildirib ki, araq istehsalçıları müvafiq qaydada reyestrdən keçəndən sonra da şərtlərə əməl etməlidirlər: “Qeyd edim ki, mövcud alkoqollu içki istehsalçıları qanun qüvvəyə mindikdən 6 ay ərzində icazə şərtləri üçün sənədləri təqdim edəcəklər. Şərtlərə cavab verməyənlər üçün icazənin ləğvi məsələsi qanun layihəsində öz əksini tapıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [17:21]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:03]